Hansı canavarı yemləsən o da qalib gələr... - ŞƏNBƏ HEKAYƏLƏRİ

Hansı canavarı yemləsən o da qalib gələr...  - ŞƏNBƏ HEKAYƏLƏRİ backend

Bəzən kiçik bir hekayə böyük həqiqətləri romandan daha yaxşı anlada bilir.

Qaziler.az üç kiçik pritça təqdim edir:

Bir gün qoca hindli nəvəsinə həyat həqiqətini açır:
- Hər insannın ruhunda iki mübarizə gedir. Bu iki çanavarın bir-biri ilə vuruşmasına bənzəyir. Onlardan biri şəri təmsil edir: həsəd, qısqanclıq, təəssüf, eqoizm, şöhrətpərəstlik, yalan... Digər canavar yaxşılığı göstərir: barış, sevgi, ümid, həqiqət, yaxşılıq, sədaqət...

Babasının sözlərindən çox mütəəssir olan gənc hindli bir neçə dəqiqə düşündükdən sonra soruşdu:

- Bəs sonda hansı canavar qalib gəlir?

Qoca hindli gülümsəyərək cavab verdi:

- Hansı canavarı yemlərsən, o da həmişə qalib gələr.

***
Bir gün müdrik insandan soruşurlar: "Dostluğun neçə növü mövcuddur?" "Dörd, -deyə o, cavab verir. - Dostlar var, yemək kimidir - hər gün ona ehtiyacın olur. Dostlar var, dərman kimidir - özünü pis hiss edərkən onu axtarırsan. Dostlar
da var, xəstəlik kimidir, onlar özləri səni axtarır. Hava kimi olan dostlar da var: onlar görünmür, lakin həmişə səninlədir".

***
Günlərin birində bir neçə nəfər yanlarında keçən müdrik adamı qəsdən uca səslə pisləyirdilər. O, hamısını eşidir, yüngülcə gülümsəyir və onlara can sağlığı arzulayaraq yanlarından ötüb keçir. Kimsə ondan soruşur:

- Sən gülümsədin və onlara can sağlığı arzuladın. Doğrudanmı, onlara qəzəblənmədin?

Həmin şəxs belə cavab verir:

- Mən bazara gedəndə pulqabımda nə varsa onu xərcləyirəm. İnsanlara münasibət də eynidir: mənim ürəyim nə ilə doludursa yalnız onu xərcləyə bilərəm.

Qaziler.az
Diaspora