Hərdən ən qısa yol heç də təhlükəsiz olmur.
Rusiyada maraqlı hadisə baş verib. Gənc qız hər gün işə gedərkən yolunu qısaltmaq məqsədilə qəbirstanlıqdan keçirmiş. Hər gün səhərlər bu nazik cığırla gedən qızın qış günlərinin birində əlində olan ev açarı yanından keçdiyi boş qəbrə düşür. Təbii ki, qız qəbirə düşməkdən qorxur. Lakin evə açarsız girməyin mümkünsüz olduğunu düşünən qız qəbirə girir. Qəbirdə dizə çatan qarın içində eşələnməyə başlayır. Yaxınlıqda bir kişi keçirmiş. Qəbirdəki qarı qazan qız öz-özünə şikayətlənir və uçadan deyinməyə başlayır:-Evə gedə bilmərəm...
Birdən nə dediyinin fərqinə vararaq ucadan qəhqəhə çəkir.
Bundan bərk qorxan kişi dalına baxmadan qəbirstanlıqdan qaçır. Xeyli müddət müalicə alan həmin şəxsi bir daha qəbirstanlığın həndəvərində görən olmayıb.
Qaziler.az