Narkotiki bədənində keçirmək istəyən, çörəyin içərisində həbsxanaya telefon göndərmək üçün yer düzəldən görmüşdük.
Amma yəqin ki, beləsini siz də heç bir yerdə görməmisiz.ATV.az-ın xarici mətbuata istinadən xəbərinə görə, 29 yaşlı qadın ayaqqabısının dabanında sən demə, sərvət yerləşdiribmiş. Plan qəribə olsa da, ispan polislərini aldatmaq mümkün olmayıb. Qadın 500 avroluqları çox səliqə ilə qatlayaraq hər iki ayaqqabısının dabanına yerləşdirib. Ümumilikdə iki ayaqqabıda 180 min avro olub.
Həmin videonu təqdim edirik: