28 yaşlı oğlan kukla ilə evləndi: səbəbi ürək ağrıdır...

28 yaşlı oğlan kukla ilə evləndi: səbəbi ürək ağrıdır... backend

Çində gənc oğlan kukla ilə evlənib.

O, sosial şəbəkədəki səhifəsində yazıb ki, bu dünyadan köçməzdən əvvəl nikah mərasiminin gözəlliyini hiss etmək arzusundadır.

Məsələ bundadır ki, 28 yaşlı çinliyə dəhşətli diaqnoz qoyulub: o, xərçəng xəstəsidir. Bu da o deməkdir ki, gəncin ömrünə çox az qalıb. O, eyni zamanda, evləndiyi gənç qadının dul qalmaması haqda da düşünüb. Çox düşündükdən sonra oğlanın ağlına qeyri-adi fikir gəlib.

Çinli kukla ilə evlənməyə qərar verib... Bu toya qonaqlar çağrılmayıb. Lakin toyla bağlı digər məsələlər kifayət qədər inandırıcı olub. Bəy "gəlinçün" vizajçı, fotoqraf çağırıb, gözəl ağ paltar, kostyum alıb və s.

Fotoqraf çavan oğlanın bu xüsusi günün atmosferini hiss etməsi üçün çox çalışıb. O, şəkillərin kifayət qədər emosional olması üçün əlindən gələni edib. Bu süni nağıl insanın qəlbini riqqətə gətirir; şəkillərə etinasız baxmaq olmur...

Qeyd etmək lazımdır ki, internet istifadəçiləri bununçün oğlanı günahlandırmayıblar, əksinə, onu dəstəkləməyə çalışıblar. Axı bu gənc bir başqasının gələcəkdə əzab çəkməsinə imkan vermədən öz arzusunu həyata keçirmək istəyib.

Qaziler.az
Diaspora