O qadın ideal kişi axtarırdı... - ŞƏNBƏ HEKAYƏSİ

O qadın ideal kişi axtarırdı... - ŞƏNBƏ HEKAYƏSİ backend

Bütün həyatı boyu evlənməkdən qaçan bir qoca vardı.

Vaxt gəldi, vədə yetişdi, bu qoça da dünyayla vidalaşmalı oldu. O, 90 yaşında həyata gözlərini əbədi yuman zaman yanına gələnlərdən kimsə ondan soruşdu:

- Sən ömrün boyu evlənmədin, amma səbəbini də heç vaxt söyləmədin. İndi ölümün astanasındasan, bizim marağımıza son qoy. Əgər bunda bir sirr varsa heç olmasa indi onu açıb söylə. Axı bu dünyanı tərk edib gedirsən. Sirrin yayılsa belə bundan sonra sənə heç bir ziyan gəlməz.

Qoca cavab verdi:

- Hə, həyatım boyu bir sirr saxlamışam. Nikahın əleyhinə olsam da həmişə ideal qadın axtarışında olmuşam. Ömrüm boyu axtarışda oldum, beləcə ömür sona çatdı...

-Necə olub ki, yarıdan çoxu qadın olan milyonlarla insanın yaşadığı bu böyük dünyada bir ideal qadın tapa bilmədin?

Göz yaşı ölməkdə olan qocanın yanaqlarından axdı. O, qüssəli gözlərini tavana dikdi:

- Yox, bir nəfəri tapmışdım.

Soruşan şəxs təəccübünü gizlədə bilmədi:

- Bəs nə baş verdi, niyə evlənmədiniz?

Qoca cavab verdi:

- O qadın da ideal kişi axtarırdı...

Qaziler.az

Diaspora