İngiltərə sakini Annet Eduardzın dünyada böyüklüyünə görə “Ginnesin rekordlar kitabı”na düşən Darius adlı dovşanı bu gün ad gününü qeyd edib.
AZƏRTAC ABC news xəbər saytına istinadla bildirir ki, boyu 1 metr 20 santimetr, çəkisi 25 kiloqram olan Darius dünyanın ən böyük dovşanıdır.Heyvanın 6 aylıq balası Ceff də anasından geri qalmır. Belə ki, onun boyu 91 santimetrə çatır.
A.Eduardzın sözlərinə görə, o, dovşanlara ildə 5 min avrodan çox pul xərcləyir.