Deməli bir türk jurnalist qardaşımız Cənubi Koreyada küçədə belə bir soruğu keçirirki, "Azərbaycan deyəndə ilk ağlınıza nə gəlir?" Türk gəncin ərsəyə gətirdiyi bu video reportaja baxanda ürəyim açıldı.
Birincisi ona görə qardaş Türkiyənin sadə "Youtuber" gənci qardaş bildiyi ölkənin sorağını dünyanın o başında aparır. İkinci sevindirici səbəblər toplusu isə ondan ibarətdir ki, sorğuda iştirak edən Koreyalılar bizim ölkəni tanıyırmış. Onlardan bəziləri, yay olimpiya oyunlarında bizim ölkənin yaxşı təmsil olunduğunu xatırladıqlarını eyiblər, bəziləri Seulda bir neçə tədbirdlərdə Azərbaycanın haqqında məlumatlı olduqlarını deyirlər. Ən çox da Azərbaycanın təbiətinə vurğunluqlarını dilə gətiriblər. Vətəndaşlarından biri isə sorğuya maraqlı cavabları ilə yadda qalıb: Azərbaycan deyəndə ilk ağlıma müharibə və petrol gəlir" deyə izah edib.Sizə sorğudakı digər dialoqları da təqdim edirəm:
-Azərbacyan deyəndə ilk ağlınıza nə gəlir?
-Belə bir ölkə var, tanıyıram və adını eşitmişəm, ancaq harada yerləşdiyindən məluamtsızam.
***
-Azərbaycanı tanıyırsınız?
-Özbəkistanınmı nəzərdə tutursunuz?... Həə tanıdım ölkədir, ayrıca müstəqil bir ölkə. Yalnış dediyimə görə üzr istəyirəm.
***
-Azərbaycan necə bil öklədir?
-Azərbaycan haqqında çox məlumatlı deyiləm, lakin onu bilirəm ki, əhalisinə görə geniş bir ölkədir, gözəl və mədəni xanımaları var.
Rüfət Soltan