Bu şəxsin 39 arvadı, 94 uşağı var: hamısı bir evdə yaşayır - FOTO

Bu şəxsin 39 arvadı, 94 uşağı var: hamısı bir evdə yaşayır - FOTO backend

Hindistan əhalinin artımı ilə bağlı problem yaşayan ölkələrdən biridir.

Bir çox yerli sakinlər elə düşünür ki, ailədə bir neçə uşaq kifayət etmir.

İndi sizə bu ölkədə yaşayan və dünyanı heyrətə gətirən bir ailə tarixçəsini təqdim edirik: hindistanlı Tsiona Çana 39 qadınla evlənmiş və bu evliliklərdən 94 övladı dünyaya gəlmişdir.

Tsiona "Çana" adlı dini xristian sektasının başçısıdır. O, bu sektanın hesabına Hindistanın Baktvanq şəhərində 100 otaqlı evə sahibdir. Onun bütün ailəsi bir yerdə ömür sürür. Arvadlarından və uşaqlarından başqa onun 33 nəvəsi də burada yaşayır.

Bütün adi günlər belə keçir: arvadlar növbə ilə yemək hazırlayır, qızları evi yığışdırır, paltar yuyurlar. Tsionanın iş qabiliyyətli bütün oğulları kənd təsərrüfatı ilə məşğul olur, heyvanlara qulluq edirlər.

Ailə bütünlüklə fermerlikdən gələn gəlir və Tsionanın idarə etdiyi sekta tərəfindən nadir hallarda olan ianələr hesabına yaşayırlar. Hər gün bu böyük ailəyə 30 toyuq, 60 kq kartof və 100 kq-a yaxın düyü sərf olunur.

Tsionanın arvadları ərləri ilə görüşmək üçün növbəli təqvim tərtib ediblər.

Bu çoxarvadlı kişi fəxrlə özünə yeni arvadlar ala bilmək imkanına malik olduğunu, lakin daha arvad axtarışı aparmaq istəmədiyini deyir. O, inandırır ki, arvadları bir-biri ilə çox mehriban dolanırlar.

Qaziler.az

Diaspora