Ölü dəniz nədən “ölüb”?

Ölü dəniz nədən “ölüb”? backend

İlk növbədə onu qeyd edək ki, bu dənizin “ölüm”ü şorluluğun (duzluluğun) artmasından başlayıb.

Müasir Ölü dəniz əvvəllər Aralıq dənizinin bir hissəsi olan laqun (dənizdən ayrılmış kiçik göl) imiş. İqlimdə quraqlıq yarananda gölün dibində duz təbəqəsi əmələ gəlib. Bu təbəqə bolsululuq zamanı çöküntü verib, sonra erroziyaya uğramayıb. Sonradan bu göllə dəniz arasındakı ərazi qalxıb və onlar ayrılıblar. Göl qurumağa başlayıb, ondakı duz konsentrasiyası isə artmışdır. Çox uzun illər ərzində Ölü dəniz canlıların yaşaya bilmədiyi bu cür duzlu dənizə dönməyə başlayıb. Lakin suyun unikal tərkibinə görə o, indi təbii müalicəxana kimi istifadə olunur.

Qaziler.az
Diaspora