Yaponiyanın bir qəsəbəsində qoca, müdrik samuray yaşayırdı.
Bir dəfə onun yanına öz kobudluğu və qəddarlığı ilə məşhur olan gənc döyüşçü gəlir. Düşmənini təxribatla zərərsizləşdirmək onun sevdiyi döyüş üsulu idi: o, rəqibi özündən çıxarır, kortəbii olaraq qəzəblənən rəqib onun çağırışını qəbul edir, bir-birinin ardınca səhvlər buraxır və nəticədə döyüşü uduzurdu.Gənc döyüşçü qocanı təhqir etməyə başladı: ona daşlar atır, ən pis söyüşlər söyürdü.
Lakin qoca buna əhəmiyyət vermirdi, öz işi ilə məşğul idi. Günün sonunda əsəbiləşən və yorulan döyüşçü çıxıb gedir.
Onun bu qədər təhqirlərə dözməyinə təəccüblənən şagirdləri samuraydan soruşurlar:
- Siz onu niyə döyüşə çağırmadınız? Doğrudanmı, məğlubiyyətdən qorxdunuz?
Qoca samuray dedi:
- Sizin yanınıza kimsə hədiyyə ilə gəlsə və siz onu qəbul etməsəniz hədiyyə kimə qalacaq?
- Köhnə sahibinə, - deyə şagirdlərdən biri dilləndi.
- Bu, həsəd, nifrət və söyüşə də aiddir. Nə qədər ki, sən onu qəbul etmirsən o sahibində qalır.
Qaziler.az