44 ilik həbsdən sonra cəmiyyətə qarışan adam

44 ilik həbsdən sonra cəmiyyətə qarışan adam backend

Mənim adım Otis Cansondur. 25 yaşımda türməyə düşdüm, 44 il həbs verdilər. Hal hazırda 69 yaşım var. Bir polisi öldürməyə cəhd etdiyimə görə dəmir barmaqlıqlar arxasına məhkum oldum. Bu qədər ildən sonra kifayət qədər həbsxana təsirindəyəm. Azadlığa çıxdıqdan sonra başlanğıcda hər şey çətin görsənirdi mənə. Yavaş yavaş yeni mühitə öyrəşməyə çalışıram. Çünki 44 ildə cəmiyyətdə və ictimaiyyətdə çox böyük dəyişikliklər olub.

Məhkumluq həyatından sonra “Times” meydanına gəzintiyə çıxdım, şəhərin atmosferinə baxdım, yeni və fərqli təsvirlər yarandığını görürəm. Görürəm ki, küçədə insanlar öz özlərinə danışırlar. Həmin insanları daha yaxından izləməyə çalışdım və gördüm ki, qulaqlarından bədənlərinin hər hansı bir hissəsinə nəsə uzanır. Onun nə olduğunu bilmirəm. Sonra öyrəndim ki, telefona məxsus bir aksesuardı nədir ondan (gülür). Səhf etmirəmsə adı “ayfon” telefonu olmalıdır. Gənclik illərimdə xüsusi müafizəçi CİA-larda belə bir cihaz vardı. Öz özümə bir anlıq düşündüm ki, bu şəxslər xüsusi mühafizəkar sistemində çalışırlar, ya da nəbilim gizli bir təşkilatda. 60-70-ci illərdə belə cihazlardan istifadə edilirdi. Lakin indi bunlar insanları sanki idarə edir, nəbilim bəlkə də insanlar onları idarə edir. Yəqin ağlımı itirmişəm. Mənə müəmmalı və sirli gələn bir şey də var ki, Nyu York əhalisi avtomobil yolunu keçərkən, küçədə gəzərkən əllərində məşğul olduqları bu cihazlara diqqətlərini kökləyirlər və eyni zamanda hərəkət trayektoriyalarında düzgün şəkildə addım atırlar. Yəqin mən olsaydım işıq dirəyinə ya da ağaca dəyib yerə yıxılardım. İnsaların bu vəziyyətdə özlərini idarə edə bilmələri məni heyran etdi. Hara getdiklərinə baxmadan telefonla danışa bilməkləri...

Bilirsiniz gözlərinizdən anlıyıram ki, sizin üçün danışdıqlarım adi bir şeydir. Lakin həqqətən mənim düşüncələrim və beynim bunları dərk edə bilmir.

Köhnə məhbusla telefon köşklərinin birinə yaxınlaşdıq. Məhbus gülürdü.

-Nostalgiyadan gülürsünüz yoxsa..

-Yox, gəldiyim nəticəyə gülürəm. Elə indicə düşündüm ki, yəqin bu “Ayfon” markasından sonra insanlar heç bu köşklərdən istifadə etməz. Bir də telefonun ödəniş yerində bir dollar yazılıb. 44 il əvvəl 25 sent idi.

Yalnız olmağa öyrəncəli bir insandır Otis. İndi nə ailəsi var, nə də onu itirb axtaran dostları. Atası və anası dünyasını dəyişib. Qardaşı və bacısından isə ümumiyyətlə xəbəri yoxdur.


“Dostlarımı sadəcə qınaya bilmirəm”.

Nyu Yorkda insanların sayı çox artıb. Tənhalığa 44 ildə öyrəşdim, indi də tənha qalmağı üstün tuturam. Amma hər gün insanlarla dolu olan metro və avtobuslar məni narahat edir. Metro qismən seyrəkdir, oturmaq imkanı qazana bilməsəm də ayaqüstə dayanıb heç olmasa durbadan tutub müvazimətimi saxlaya bilirəm. Bizim vaxtımızda belə sıxlıq yox idi. Hər şey çox fərqlidir. İnsanlarından tutmuş avtomatlaşdırılmış qurğularına qədər.

Toplumda yaşamaq gözəl bir hisdir... Çox gözəl bir hisdir... Mükləmməl bir hisdir hətta. Həbsxanada sadəcə təyin edilmiş vaxtlarda işığa çıxmağa icazə verilirdi. O da elə həbsxanan divarları ilə əhatə olunmuş həyətində. Günəşin istiliyini udmağı sevirəm. Bir də saatlarla oturub insanları izləməyi, onları müşahidə etməyi sevirəm. Azadlıqda olmaq çox gözəldir.1998-c ildən bəri həyata konkret şəkildə tənha bağlanmışam. Çünki həmin tarixdə ailəmi itirdiyimin xəbərini aldım. Təsəvvür edin heç şəxsiyyət vəsiqəm də yoxdur. Heç nəyim yoxdur. Təkəm. Sıfır...

Ailəm üçün çox darıxıram.

Gündəlik həyatım necə keçir? Sizə maraqlıdırsa bir günümü danışa bilərəm. Səhər 6-da günəş doğmamış çıxıb şəhərin parklarında gəzirəm. Biraz meditasiya edirəm. Bəzi şeylər var ki, gərək onları çox düşünməyəsən. Çünki düşündükcə əsəbləşirsən. Əsəb və hirsinizi davam etdirsəniz bu sizin böyüməyinizi və inkişafınızı yavaşladacaq. Bir çox insan hirsli və qəzəbli həyat sürərsə davamlı ictimaiyyəti, toplumu qınamağa başlayacaq. Hər etdiyi addımın arxasında “buna görə toplum mənə borcluqdur” deyər. Adətən cinayət törətmiş insanlar belə hisslərin güdazına gedirlər. Günahkar olsam da, mən o insanlar kimi düşünmürəm. Toplum mənə heçnə borclu deyil. Mən hər addımın arxasında bir səbəbin olduğuna inanclıyam. Ona görə də baş verən hadisələrin keçib getməyinə imkan verirəm. Və keçmişlə mübarizə aparmıram, əksinə gələcəyimlə, sabahımla mübarizə aparıram. Siz də belə edin, geriyə yox, irəliyə doğru hərəkət etməyə çalışın.



Rüfət Soltan


Adalet.az
Diaspora