Gələcəkdən xəbər verən, həqiqətə çevrilən YUXULAR

Gələcəkdən xəbər verən, həqiqətə çevrilən YUXULAR backend

Hər kəs gələcəkdən xəbər verən yuxular görür, lakin hamı onu başa düşə bilmir.

Bəziləri hətta onun mövcudluğu haqda tərəddüd keçirir. Bəs siz bilirsinizmi ki, kimyəvi elementlər cədvəlini Mendeleyev məhz yuxusunda görüb?!

Neçə ayırd etmək olar ki, gördüyün yuxu gələcəkdən xəbər verir, yoxsa yox?

Qadınlar gələcəkdən xəbər verən yuxuları qadın günlərində görürlər. Bu günlər çərşənbə və cümə günüdür. Unutma: cümə axşamından cüməyə keçən gecə görülən yuxu həyata keçir!

Görülən yuxularda gizli əlamətlər ola bilər ki, hazır olmaq üçün bunları yadda saxlamaq lazımdır. Bu yuxular həqiqətə çevrilir:

Qutular

Əgər sən yuxuda qutu görmüsənsə, demək səni sirr və məyusluq gözləyir. Şüuraltı fikirləşirsən ki, səndən nəsə gizlədilir. Əgər sən yuxuda qutunu açmısansa və o, boşdursa yaxın vaxtlarda maddi çətinliklərlə qarşılaşacaqsan. Dolu qutu bolluq və hər cür nemət deməkdir.

Yıxılmaq

Yuxuda bu əlamət yüksək həyəcan hissi və nəzarətin itirilməsinə işarədir. İstənilən hərəkətlə aşağı yıxılmaq uğursuzluq əlamətidir.
Əgər sözügedən yıxılma yerə dəymədən öncə qəfil uçuşla qurtararsa bu, görəcəyiniz işlərdə baş verəcək iflasdan xəbər verir. Lakin bununla belə sən ən son anda çətinliklərin öhdəsindən gəlmək iqtidarında olacaqsan.

Pişiklər

Bu heyvanın yuxuda görmək o deməkdir ki, sən öz intuisiyana güvənə bilərsən.
Pişiklərin yuxuda görülməsi mübahisəyə, pişik balası isə kiçik incikliyə işarədir.

Dişlər

Əgər yuxuda sənin dişlərin qanla və ya güclü ağrı ilə tökülürsə bu, ailə üzvlərindən birinin ağır xəstəliyə tutulacağına işarədir. Yox, əgər dişlər ağrısız itirilirsə bu, yaşanmışların arxa plana keçəcəyini bildirir.

Qarışqalar

Qarışqalar əməksevərliyin, qənaətcilliyin və təmkinin simvoludur. Onun yuxuda peyda olması vicdanlı əməyin əvəzinin artıqlaması ilə olacağını vəd edir.

Saçlar

Əgər yuxuda saçlarını darayırsansa bu, sənin işlərində uğurun olacağına dəlalət edir. Qısa saçlar həddən artıq israfçılıqdan xəbər verir. Yuxuda kiminsə saçını tumarlamaq sevgidə yaxşılığa doğru dönüşdür.

Su

Riskə getməyə hazır olan insanlar yuxuda su görürlər. Sən qarşına böyük məqsədlər qoyur və istənilən şansdan istifadə etməyi sevirsən. Əgər yuxuda su görmüsənsə demək, şüuraltı səndən qətiyyətli hərəkətlərə başlamaq tələb olunur.
Su dəniz və okean şəklindədirsə səni xoş xəbərlərin gözləyir.

Uçuş

Bir çox insanlar yuxuda gözəgörünməz gücün onları qamarladığını və yer üzərində uçurduğunu görürlər. Biz bu yuxunu səyahət etməyi çox istədiyimiz vaxtlarda görürük.

Belə bir inanc var ki, əgər uşaq yuxuda uçursa demək o böyüyür. Böyüklərin yuxuda uçması yüngül, qeyri-ciddi münasibətə işarədir.

Yol

Yuxuda düz və geniş yol çətin olsa da doğru həyat yolunun əlamətidir. Əgər sən yolu uzadırsansa, demək real həyatda güclü xarakter və inadlı zəhmətinlə böyük yüksəkliklərə nail olacaqsan.
Yuxuda ensiz yol görmək şöhrət və stabil həyata çətin yollarla çatacağına işarədir. Lakin ən sonda hər şey qaydasına düşəcək.

Palçıq

Sən yuxuda palçıqdan keçərək təpəyə qalxırsansa bu, sənin həyatda çətin vəziyyətlərdən çıxmaq üçün yollar axtaracağını göstərir. Narahat olmağa dəyməz: yaxşı fikirləşib bütün çətin vəziyyətlərdən çıxacaqsan .

Yaşıl rəng

Yuxuda yaşıl rəng sənin hər şeyin hazırkı durumundan razı olduğunu göstərir. Ətrafında, yanında olanları sevirsən. Onlar sənə pozitiv hisslər yaşadır. Belə də davam et!

Çılpaqlıq

Bu, kifayət qədər çox yayılmış yuxudur. Bu, sənin kimlərsə tərəfindən mühakimə olunmaq qorxusunu simvolizə edir. Ola bilər ki, sən alçaldılma, təhqirlə bağlı stressə düşmüsən. Belə vaxtlarda şüurun belə demək istəyir: necə varsansa özünü elə də qəbul et.

Arzu Səlim

Diaspora