Qəbirstanlıqdan başlanan geçikmiş sevgi

Qəbirstanlıqdan başlanan geçikmiş sevgi backend

Həyat maraqlı, gözlənilməz, qəribə hadisələrlə doludur...

Qaziler.az xarici mətbuata istinadən baş verən belə qəribə hadisələrdən birini təqdim edir:

Onlar evləndilər. Qadının 76, kişinin 78 yaşı var. Qəbirstanlıqda tanış olmuşdular. Qadın vəfat etmiş ərinin məzarını tez-tez ziyarət edirdi. Kişi isə qonşu qəbri ziyarətə gəlirdi. Kişi gül gətirir, saatlarla məzarlığı təmizləyir, qadın isə oğrun baxışlarla onun hərəkətlərinə diqqət edirdi.

Bir gün kişi olmayanda qadın qonşu qəbirdəki ölüm tarixinə baxdı: 11 il keçmişdi...

İlk vaxtlar onlar yalnız salamlaşırdılar. Sonra söhbət etdilər, daha sonra birgə geri qayıtmağa başladılar. Kişi qadını evə qədər ötürdü. Bundan sonra onların qəbirstanlıq dostluğu başladı. Və onlar evlənmək qərarına gəldilər.

...Məclisdə çox az adam vardı. Kişi pepsi-kola olan qədəhi qaldırdı (məclisdə xısınlaşanlardan biri o birinə elə belə də dedi: içməyən kişini ancaq qəbirstanlıqdan tapmaq olar)... O qədəhi qaldırdı, hamı sakitcə "təzə bəy"in nə deyəcəyini bilmək üçün susdu. Kişi alçaq səslə "gəlin"dən soruşdu:

- Sən doğrudanmı məni tanımadın?

Qadının dodaqları titrədi, başını yırğaladı:

- Tanıdım, əzizim, çoxdan tanıdım...

Sən demə, onlar artıq bir dəfə evləniblər. O zaman çox gənc olublar. Onlar cəmi 2 ay bir yerdə yaşa biliblər. Kişi qadını yelbeyin, qadınsa kişini vecsiz hesab edirdi...


Qaziler.az





Diaspora