Avropa Komissiyası yeni prosedur yaratmağı təklif edir

Avropa Komissiyası yeni prosedur yaratmağı təklif edir backend

Qaziler.az Rabitə və Yüksək Tüxnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, Avropa Komissiyası

internet saytlarının bloklanmasından şikayət etmək üçün yeni prosedur qaydaları yaratmağı təklif edir. Bu imkandan internet provayderlərinin portallara çıxışı qadağan etməsini hesab edən Avropa İttifaqı ölkələrində yaşayan resurs sahibləri istifadə edə biləcəklər.

Avropa Komissiyasının ədliyyə məsələləri üzrə komissarı Vera Jurovanın sözlərinə görə, komissiya saytların bloklanması prosedurundan iddia qaldırmaq üçün spesifik təşəbbüsün yaradılması imkanını nəzərdən keçirir. Təşəbbüs hüquqi baxımdan həm sayt sahibləri, həm də hüquq-mühafizə orqanları üçün dəqiq və şəffaf olmalıdır.

“Open Rights Group” internetdə məxfiliyin mühafizəsi üzrə qrupun vəkilləri bildiriblər ki, senzuranın güclənməsi səbəbindən Böyük Britaniyada qanuni saytların bloklanmasına başlanıb. Hazırda resursa çıxışın məhdudlaşdırılması üçün səbəb kimi irqçi və ekstremist fikirlər, terrorçu məqsədlər, pornoqrafik və qanunla qadağan olunan digər kontent qeyd olunur. Saytların analoji qaydada bloklanması Fransada da həyata keçirilir, - "SecurityLab” yazır.
Diaspora