Çox qədim zamanlarda böyük bir kitabxana varmış. Günlərin bir günü bu kitabxana yanır.
Buradan yalnız bir əlyazması yanmamış, bütöv qalır. O, uzun illər boyu kitab dükanında atılıb qalır. Dükanın sahibi dəyişənə qədər bu nadir əlyazma kimsənin diqqətini çəkmir, kimsə ona əhəmiyyət vermir.Yeni gələn sahib kitabları, əlyazmalarını seçib-seçmələyir, lazımsız hesab etdiklərini atır. Beləliklə, unudulmuş əlyazması təsadüfən bir dilənçinin əlinə keçir. Soyuqdan donan səfil bu kitabla ocaq qalamaq istəyir. Amma əvvəl maraq xatirinə onu vərəqləyir. Əlyazmanın ilk səhifəsində belə yazılmışdı: "Kim dənizin sahilindəki isti daşı tapa bilsə o, bütün arzularına çatar".
Onsuz da bu həyatda itiriləsi heç nəyi olmayan dilənçi qərara gəlir ki, dəniz kənarına yollansın, O, sahildəki daşlardan bir neçəsini qaldırır, lakin hamısı soyuq olduğundan onları dənizə atır. Beləcə, günlər ayları, aylar illəri əvəz edir. Dilənçi hər gün dənizə daş atır. Bir gün onun soyuqdan, aclıqdan əsən əlləri isti daşa dəyir. O, daşı qaldırır...adət etdiyindən onu da dənizə atır.
Arzu Səlim
Qaziler.az