Çin astroloqlarının fikrincə, xalın bədəndəki yeri insan taleyi haqda çox söz deyir
Boyunda, əldə... Çin astroloqları hesab edir ki, xalın bədəndə və ya üzdə düzülüşü onun sahibinin düşüncə tərzi, xarakteri, sağlamlığı və hətta gələcəyi haqda çox şey deyə bilər.30 illik iş stajı olan tədqiqat müəllifi və astroloq Saymon Vonq bildirir ki, xal analizindən çox vaxt Çin təbabətinin mütəxəssisləri istifadə edirlər.
- Bu, bizə nəinki müəyyən dioqnozlar qoymağa, hətta müalicəni təshih etməyə kömək edir, - deyə Saymon Vonq izah edir.
Yeniyetmələrdə xallar tez "əmələ gəlir". Hamiləlik dövründə xallar tündləşir. 40 yaşdan sonra yox ola bilir.
Xalların sizin sağlamlığınız haqqında nə dediyini öyrənmək üçün Saymon Vonq belə bir test tərtib edib. Güzgüyə baxın. Xalınız hardadır?
Alın
Xalın alnın ortasında olması güclü insanlarla, rəhbərliklə və valideynlərlə ünsiyyət qurmaqda çətinlik olduğunu deyir. Başının yan tərəfində xalı olan insanlar məqsədli, enerjili olurlar.
Qaşlar
Qaş ətrafında xalların olması pullardan xəbər verir. Qaş altında xal sizə var-dövlət vəd edir. Əgər xal görünməzdirsə bu, daha yaxşıdır: gizli xəzinədən bəhs olunur. Ancelina Coli kimi qaşın üstündə xalın olması isə bildirir ki, sizin həyatınız boyu həmişə stabil gəliriniz olacaq.
Göz qapağı
Üst göz qapağında xallların olması ailədə daim problemlərin olacağından və maddi çətinliklərin yaşanacağının göstəricisidir.
"Göz yaşı" xalları, yəni alt göz qapağında olan xallar sizin çox emosional olduğunuza işarədir.
Yanaqlar
Yanaqlarda xalın olması təkliyə və ailə qurmağın mümkünsüzlüyünə işarədir. Astroloqlar sizin həyatınızda qəzanın olacağını istisna etmir.
Qulaqlar
Çin astroloqlarının fikrinə görə, qulaqdakı xal xarakter haqda çox söz deyir.
Məsələn, nüfuzlu reputasiyaya malik insanda qulaq məməsində xal olur.
Qulaq çanağında xal uzun ömrə işarədir. Xalın qulağın yuxarı hissəsində olması yüksək intellektdən xəbər verir.
Əgər xal həm sağ, həm də sol qulaqdadırsa siz kamfortlu həyatı sevən insansınız.
Burun
Əgər xal burnunuzun uçundadırsa diqqətli olun. O, münasibətlərdə qeyri-sabitlikdən və problemlərdən xəbər verir.
Burnun qanadlarında xalın olması həmin xəxsin maddi cəhətdən sıxıntı çəkməyəcəyini bildirir.
Buxaq
Buxaqda xal varsa demək siz əzmkar, eyni zamanda inadkar adamsınız. Onlar sizi ya müvəffəqiyyətə, ya da uğursuzluğa apara bilər. Bu sizin həyatınızı necə qurmağınızdan asılıdır.
Dodaqlar
Üst dodqğın küncündə xalın olması sizin yeməklə aranızın yaxşı olduğunu göstərir. Siz dadlı yeməkləri sevirsiniz. Alt dodaqdakı xal sizin övladlarınızın uğuru deməkdir.
Boyun
Boyun başla bədəni birləşdirən bənddir (və ya ruhla bədəni). Boyunda xalın olması enerji axınını yubadır və sizə məyusluq vəd edir. Boyunun tən ortasında olan xal çətin xasiyyətə işarədir. Bu, ailə problemlərinə də gətirib çıxarır.
Əl
Dirsəyin altındakı xal göstərir ki, siz cəfakeş insansınız. Çiyinlə dirsək arasındakı xal isə pulun sizi sevdiyinə işarədir.
Sinə
Sinədə xalın olması sizin gücünüzdən, cəmiyyətdəki yüksək statusunuzdan xəbər verir.
Qarın
Göbək Çin astroloqlarının fikrincə, bədənin əsas xəzinəsidir. Ona görə də xal göbəyə nə qədər yaxın olarsa həyatınız bir o qədər maneəsiz olar.
Əllər
Əlinizdə xal var? Bu o deməkdir ki, çox çevik adamsınız və pul qazanmaq sizinçün problem deyil.
Kürək
Kürəkdə xalı olan insanlar uğura çatmaq üçün çox çalışmalıdır.
Ayaqlar
Budunuzda xal varsa o sizin cazibədar və cəsarətli olduğunuzu göstərir.
Dizdə xal var-dövlətə işarədir.
Döş (qadınlarda)
Siz anasınız. Və sizin bu rolunuz sizə cəmiyyətdə hörmət qazandırır. Daha dəqiq desək, uşaqlarınızın uğuru çox olacaq və bu sizə enerji və güc verəcək.
Pəncə
Əgər sizin pəncənizdə xal varsa bu, sizə lider olmağa şans verir. İnsanlar həvəslə sizin ardınızca gedir. Əgər siz yaxşı bir iş görürsünüzsə bu, nəzərdən qaçmır.
Arzu Səlim
Qaziler.az