Elm adamları mobil telefonlar üçün 1 dəqiqədə enerji yığa bilən alüminium batareya kəşf ediblər.
Qaziler.az ATV.az saytına istinadən bildirir ki, digərlərindən daha etibarlı olan bu batareyanın yanğın və ya partlayış kimi riskləri də yoxdur. Stenford Universitetinin araşdırmaçıları yeni batareyanın istifadə edildikcə ömrü azalan batareyalardan fərqli olaraq daha uzunömürlü olacağını, həmçinin vaxt ötdükcə keyfiyyətini itirməyəcəyini bildiriblər.Universitetin kimya professoru Hongjie Dai yeni batareyanın qələvi batareyaların yerini alacağını, litium ion batareyalara nisbətən daha keyfiyyətli olacağını qeyd edib.