Bir dənizçiyə heç vaxt görmədiyi qadından məktub gəlməyə başlayır.
Qadının adı Roza idi. Onlar 3 il beləcə yazışdılar. Onun məktublarını oxuduqca və ona cavab yazdıqca dənizçi başa düşürdü ki, artıq bu naməlum qadının məktubları olmadan yaşaya bilməyəcək. Onlar bir-birindən uzaqda olsalar da görmədən, özləri də fərqinə varmadan aşiq olurlar.Dənizçinin xidməti başa çatanda onlar mərkəzi vağzalda saat 7-ə görüş təyin edirlər.
Qadın ona yazır ki, nişanə üçün yaxasında qırmızı qızılgül olacaq.
Dənizçi öz-özünə düşündü: o heç vaxt Rozanı görməyib, onun görkəmi haqda heç təsəvvürü yoxdur. Bilmir ki, onun neçə yaşı var, qəşəngdir, yoxsa çirkin, kökdür, yoxsa nərmənazik?
Saatın əqrəbi 7-ni vuranda yaxasında qırmızı qızılgül olan qadın gəldi. O, 65 yaşında xoş görünüşlü qadın idi.
Dənizçi bir anlıq fikrə getdi...o dönüb çıxıb gedə bilərdi. Ancaq bu əziz qadın o dənizdə olarkən həmişə yazıb, bayramlarda hədiyyələr yollayıb, həmişə ona dəstək olub... Yox, bu qadın belə bir münasibətə layiq deyil. O, qadına yaxınlaşdı, əl verərək özünü təqdim etdi.
Lakin qadın bildirdi ki, o yanılır. Roza onun arxa tərəfində dayanmışdı.
Dənizçi arxaya döndü və onu görəndə yerində dondu. Qız çox gözəldi və təxminən onunla yaşıd olardı. Yaşlı qadın bildirdi ki, Roza ona yaxasına qızılgül taxmağı xahiş edib. Əgər dənizçi dönüb getsəydi hər şey bitəcəkdi. Yox, əgər dənizçi yaşlı qadına yaxınlaşsaydı o, əsl Rozanı ona göstərəcək və həqiqəti söyləyəcəkdi...
Arzu Səlim
Qaziler.az