Nəyi gizli saxlamaq lazımdır? - KİMSƏYLƏ BÖLÜŞÜLMƏYƏCƏK SİRR

Nəyi gizli saxlamaq lazımdır? - KİMSƏYLƏ BÖLÜŞÜLMƏYƏCƏK SİRR backend

Bu dünya həqiqət üzərində qurulsa da balansı gözləmək vacibdir.

Ona görə də müdriklər bəzi məsələləri gizli saxlamağı məsləhət görürlər.

1. İlk növbədə gələcək üçün nəzərdə tutulan planların gizli saxlanması məsləhət görülür. Bu plan həyata keçməyənə qədər susun. Bizim istənilən ideyamız nəinki ideal deyil, hətta onda o qədər çoxsaylı zəif məqamlar var ki, məhz bundan istifadə etməklə çox asanlıqla vurulmaq və hər şeyi dağıtmaq olar.

2. İkincisi, müdriklər məsləhət görür ki, xeyriyyə məqsədilə atılan addımlar gizli saxlanılsın. Savab iş bu dünyada nadir görünən əməllərdəndir. Məhz buna görə bu əməli göz bəbəyi kimi qorumaq lazımdır. Yaxşı əmələ görə özünüzü yüksək tutmayın. Loğvalıq həmin xeyirxah əməli məhv edir.

3. Üçüncüsü, müdriklər məsləhət görür ki, gördüyünüz yuxu, qidalanmanız, seksual münasibətiniz və s. sizə aid olan məsələləri başqaları ilə bölüşməyin.

4. Dördüncüsü, susmalı məsələlərdən biri göstərdiyiniz kişilik və qəhrəmanlıqdır. Kimi daxilən, kimi zahirən sınaqdan çıxır. Zahiri sınağa görə insanlar mükafatlar alır. Lakin daxili sınağı dəf etməyi heç kim görmür, ona görə də bununla bağlı təltifetmə də olmur.

5. Beşinci, dini biliklərin paylaşılması məsləhət görülmür.

6. Altıncı, başqaları ilə paylaşılması xüsusulə məsləhət görülməyən: ailə münaqişələri və ümumiyyətlə ailə həyatından danışmaq. Unutmayın: ailə həyatınızdan nə qədər az danışsanız ailənizdə vəziyyət o qədər stabil və möhkəm olacaq. Mübahisə - münasibət prosesində yığılıb qalan neqativ enerjidən xilas olmaq deməkdir.

7. Yeddinci, kimlərsə tərəfindən işlənən nalayiq sözlərdən istifadə etməyin. Ayaqqabını küçədə çirkləndirmək olar. Düşüncələri də belə çirkləndirmək mümkündür. Hardasa eşitdiyi nalayiq sözü qapıdan içəri girən kimi təkrarlayan şəxs çirkli ayaqqabılarla evə girən adama oxşayır.

Arzu Səlim
Qaziler.az
Diaspora