Ən çox ət yeyən varlı ölkələrin əhalisidir - SİYAHI

Ən çox ət yeyən varlı ölkələrin əhalisidir - SİYAHI backend

Britaniyanın "The Telegraph" qəzeti ət məhsullarından ən az istifadə edən ölkələrin siyahısını dərc edib.

Ən vegeterian ölkə sən demə Banqladeş imiş. BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının məlumatına görə bu ölkədə bir il ərzində orta hesabla adambaşına 4 kq-a yaxın ət istifadə olunur. Müqayisə üçün deyək ki, bu rəqəm ABŞ-da 30 dəfə artıqdır.

Ətdən ən az istifadə edən ölkələlərin ilk beşliyində Banqladeşdən sonra Hindistan (adambaşına ildə 4,4 kq), Burundi Respublikası (5,2 kq), Şri-Lanka (6,3 kq) və Ruanda (6,5 kq) yerləşir. Ətdən ən az istifadə edən Afrika ölkələridir. Bununla da siyahıya Syerra-Leone, Eritreya, Mozambik, Qambiya, Malavi, Efiopiya, Qvineya, Nigeriya, Tanzaniya, Nepal, Liberiya, Uqanda, İndoneziya və Solomon adaları daxildir.

Ət çox ət yeyənlər isə amerikalılardır. Onlar ildə 120 kq ət yeyirlər. Hətta bu göstərici 2009-cu ilə qədər daha yüksək - 124,8 kq olub.
Küveytdə də ət çox yeyilir (ildə adambaşına 119,2 kq), Avstraliya (111,5 kq), Baham Adaları (109,5 kq), Lüksemburq (107,9 kq). Rusiyada il ərzində adambaşına 63 kq ət yeyilir.

Qaziler.az
Diaspora