Alimlər 500 il ərzində ilk dəfə İsa Məsihin məzarını açıblar. AzNews.az “Ren TV”yə istinadən xəbər verir ki, buna səbəb alimlərin İsa Məsihin Qüdsdə yerləşən məzarıyla bağlı araşdırma aparmasıdır. Araşdırmanın məqsədi məzarı örtən mərmər plitələrin tədqiqi və qəbrin ilkin formasının öyrənilməsidir.
Gələcəkdə sənədli film hazırlanması üçün bütün araşdırma prosesi lentə alınır. Bərpa işləri 2017-ci ilin yazına yekunlaşdırılacaq. Xərclərin ümumi məbləği isə 4 milyon dolları ötəcək.