Bu şəhərdə işsizlər, polis və çinayətkar yoxdur. Şəhərin cəmi bir neçə min əhalisi olsa da onlar çox xoşbəxt yaşayırlar.
Söhbət İspaniyanın cənubundakı Andaluzi əyalətinin Marinaleda şəhərindən gedir. Şəhər bütün əhalinin çalışdığı kənd təsərrüfatı kooperativi ilə inkişaf edir.Marinaleda şəhəri gözəl mənzərəsi ilə şöhrət tapıb. Şəhər hər tərəfdən təpələr, zeytun plantasiyaları və qızılı buğda zəmiləri ilə əhatə olunub. İspanıyanın ən cənub və kasıb əyaləti olan Andaluzidəki bütün şəhərlər kimi Marinaleda da çox gözəl və sakit şəhərdir.
Ən təsirlisi odur ki, sakinlər həqiqətən antikapitalist cəmiyyət yaradıblar. Təəccüblü olan isə yerli merin mağazalarda oğurluq edilməsinə camaatı şirnikdirməsidir.
Hələ 2008-ci ildə maliyyə böhranı yaranmağa başlayanda Marinaleda xoşagəlməyən siyasətçi, "ispaniyalı Robin Qud" ayamalı Xuan Manuel Sançes Qordilyonu özünün meri seçdi. Həmin vaxt onun başçılığı ilə əhalinin supermarketlərə reydi təşkil olundu. Etiraz əlaməti olaraq insanlar mağazaları soyur, oradakı ərzaqları daşıyırdılar. Kassirlərə yalnız bütün bunlara baxmaq və ağlamaq qalırdı.
Mer özü buna cavab olaraq bildirdi ki, bu oğurluq deyil, qeyri-zorakı vətəndaş itaətsizliyidir. "Bir çox ailələr var ki, mağazalara getməyə imkanları yoxdur. Bu isə XXI əsrdə rüsvayçılıqdır. Pullular qida ilə möhtəkirlik edə bilməzlər".
Qordilyo bu sözləri ABŞ-da, Almaniyada, Rusiyada və ya başqa bir ölkədə səsləndirmiş olsaydı onu barmaqlıqlar arasına salardılar. İspaniyada isə o, nəinki şəhər meri oldu, hətta sosialist utopiyasını həyata keçirdi. O, əhalisinin yemək və digər lazımi əşyalardan korluq çəkməyən, bunların hamıya çatdığı bir şəhər saldı.
İspaniya hələ də ağır maliyyə böhranı içərisindədir. Təkcə Andaluzidə 690 min boşaldılmış ev var. Bu evləri banklar borca görə sakinlərdən alıblar.
Lakin Marinaledada belə bir problem yoxdur. Qordilyo belə bir qərar qəbul edib: kim özünə ev tikmək istəyirsə bunu pulsuz edə bilər. Lakin evin ümumi sahəsi 192 kv.m-dən artıq olmamalıdır. Ev tikdirmək istəyənlər üçün bütün işçi qüvvəsini və tikinti materialını bələdiyyə pulsuz təmin edir. Arzu edənlər üçün bircə şərt qoyulur: qalan ömürləri boyu hakimiyyətə ayda 15 avro ödənilməlidir. Həmçinin ev özünə sərfəli şəkildə satıla bilməz.
İndi Andaluzidə əhali arasında işsizliyin səviyyəsi 37% -ə çatıb. Lakin Marinaleddə 2700 nəfər yaşasa da bir nəfər də olsun işsiz yoxdur. Hamı bir kənd təsərrüfatı kooperativində çalışır ki, oradan gələn gəlir də hamı arasında bölünür. Bununla da hər kəs ayda 1200 avro alır.
Arzu Səlim
Qaziler.az