“Nə vaxtsa sən anlayacaqsan ki...”

“Nə vaxtsa sən anlayacaqsan ki...” backend

Nə vaxtsa sən anlayacaqsan ki, dönük olmayan insanlar var... Lakin buna qədər çox xəyanətlərdən keçmək lazım gələcək.

Nə vaxtsa sən anlayacaqsan ki, xarici parlaqlıq daxili gözəlliklə müqayisədə heç nədir. Ona görə ki, xarici görünüş ilk yağışın yağmasına qədərdir... Lakin daxili olan həmişə yanır, parlayır. Lap o iynə ulduzu boyda yansa belə. Yetər ki, dodaqlarını yaxınlaşdırıb mehribanlıqla üfürəsən; ocaq yavaş-yavaş alovlanacaq və səni isidəcək.

Nə vaxtsa sən anlayacaqsan ki, ətraf aləmdə səthi tanış olduğun bir çox düsturlar və aforizmlər gözəl olsalar da boşdur, söz yığınından başqa bir şey deyil. Vacib olan sənin özünün çata bildiyin həqiqətlərdir.

Nə vaxtsa sən anlayacaqsan ki, xeyirxahlıq, zəriflik, nəvaziş və qayğı daxili zəifliyin deyil, daxili gücün təzahürüdür.

Konstantin Xabenski

Qaziler.az
Diaspora