Ölüm qorxusu heyvanın da beynini işlədir: bəbirlər çaşıb qaldı

Ölüm qorxusu heyvanın da beynini işlədir: bəbirlər çaşıb qaldı backend

Bəzən yaşamaq istəyi nəinki insanın, hətta heyvanın da beynini sürətlə işləməyə məcbur edir.

Antilopu artıq iki bəbir yaxalamaq üzrədir. Bəbirlərin necə sürətli olduğunu isə hamı bilir. Bu zaman onun qarşısına turistlərin olduğu maşınlar çıxdı. Antilop çox düşünmədən bu maşınlardan birinin pəncərəsindən içəri tullandı. Məhz bu, onu ölümdən xilas etdi.

Bəbirlər özləri də bu hərəkətdən çaşdılar, lakin insanlardan qaçdılar. Nəticədə təhlükə sovuşan kimi insanlar qapını açaraq bu bədbəxt heyvanı buraxdılar və o qaçıb getdi.

Baxmayaraq ki, adi halda antiloplar insanlara yaxınlaşmazdı, burada isə məsələ artıq ölüm-qalım savaşı idi.

Qaziler.az xarici mətbuata istinadən bu videonu təqdim edir:

Diaspora