Çingizxan səltənəti dövründə çox dövlətləri məhv edib. Bu zaman o, müxtəlif üsullara da əl atırdı.
Çingizxanın qızları
5. Çingizxan qızlarını öz müttəfiqlərinə ərə verirdi.
Ölkələrin ələ keçirilməsində Çingizxanın üsullarından biri öz qızlarını müttəfiqlərinə- hökmdarlara ərə verməsi idi. Nikahın bağlanması bu hökmdarların faktiki olaraq ölüm hökmünün verilməsi idi. Əvvəla Çingizxanın qızlarından biri ilə evlənən kimi hökmdarlar digər arvadlarını qovmalı idi. Çingizxanın qızlarının taxt-tac növbəsində birinci olacaqlarına əmin olması vacib şərt sayılırdı..
Sonra həmin hökmdarları ordunun başında döyüşə yollayırdılar. Onların hər biri döyüşdə həlak olurdu. Çingizxanın ölüm anında onun qızları Çinin Sarı dənizindən başlayaraq İranın Xəzər dənizinə qədər böyük bir ərazini idarə edirdilər.
6. Çingizxanın bir nəfərdən aldığı intiqamı 1,7 milyon insanın məhvi ilə nəticələndi.
Çingizxanın intiqamı
Onun qızlarının nikahı ola bilsin ki, strateji alyans idi. Ancaq bu ittifaqların romantikadan tamamilə məhrum edildiyini də demək olmaz. Çingizxanın qızlarından biri Tokuçar adlı ərini çox sevirdi. Çingizxan özü də ona oğlu kimi münasibət göstərir və onu sevirdi. Nişapurdan olan oxatan Tokuçarı öldürəndə onun arvadı, yəni Çingizxanın qızı qisas alınmasını tələb etdi.
Çingizxanın qoşunu Nişapura hücum etdi və yolları üstündə nə vardısa, o cümlədən, qadın, uşaq və heyvanları məhv etdilər. (Bəzi məlumatlara görə, həmin vaxt 1748000 insan öldürülüb.) Sonra bütün əsirlərin boynu vuruldu. Çingizxanın qızının xahişi ilə həmin başlar piramida halında bir-birinin üstünə qalaqlandı.
Monqollar Rusiya zadəganları üzərində qələbəni özünəməxsus şəkildə bayram etdilər.
Kalka şayı sahilində döyüş
1223-cü ildə monqol ordusu qələbə marşı ilə Kiyev Rus dövlətindən keçərkən Kalka çayı sahilində qələbə çaldı. Monqollar bu qələbəni özünəməxsus üsulla qeyd etməyi qərara aldılar. Onlar Kiyev Rus ordusunun komandanlarını yerə uzanmağa məcbur etdilər. Bundan sonra onların üstünə ağır taxta qapılar, onun üstündən isə stol və stullar qoyuldu. Çingizxanın qoşunu öz düşmənlərinin cəsədləri üzərində qələbəni bu cür bayram etdilər.
Çingizxan çayın məcrasını dəyişdi.
Xarəzmşah dövləti
Çingizxan müsəlman dövləti olan Xarəzmin işğalından əvvəl özü üçün qeyri-adi olanı edərək bu dövlətlə sülh münasibəti yaratmağa çalışdı.
Ticarət əlaqələri qurmaq və diplomatik əlaqələr yaratmaq məqsədilə diplomatlar qrupu şəhərə göndərildi. Xarəzm hökmdarı ona inanmadı. O, hesab edirdi ki, diplomatların gəlişi monqolların hazırladığı sui-qəsdin bir hissəsidir. Ona görə də diplomatları edam etdi. O, həmçinin monqollar tərəfindən danışıqlar üçün göndərilən növbəti diplomat qrupuna da eyni münasibət göstərdi. Çingizxan bundan qəzəbləndi. Axı o, sülh münasibətləri yaratmaq istəyirdi, cavabı isə ölmüş diplomatlar oldu.
Nəticədə 200 minlik monqol ordusu hücum edərək Xarəzmi bütünlüklə yerlə yeksan etdi. Hətta Çingizxan qələbədən sonra da hər bir qalanı yandırmaq üçün oraya əlavə iki ordu da göndərdi. Rəvayətlərə inansaq o, hətta oradakı çayın məcrasını Xarəzm imperatorunun anadan olduğu əraziyə yönəldib.
9. Çingizxan tanqutların dövlətini belə məhv etdi.
Tanqutların yazısı
Çingizxan Xarəzmə hüçum edərkən Si Sya dövlətindən (tanqutların ərazisi) onlara yardım üçün qoşun göndərməyi xahiş etdi. Tanqutlar bundan imtina etdilər. Lakin sonra bu imtinaya görə çox peşiman oldular. Monqol ordusu Si Sya dövlətindən keçərək yolu üzərindəki hər şeyi məhv etdi. Buradakı bütün insanlar qılıncdan keçirildi. Bundan sonra Si Sya adlı dövlət yer üzündən silindi.
Tanqutlar öz tarixlərini yazmadıqlarına görə onların dövləti haqqında yalnız qonşu xalqların salnamələri vasitəsilə fikir yürütmək olar. Onların dili 700 ildən artıq ölmüş vəziyyətdə qalıb. Yalnız 20-ci əsrin ortalarında arxeoloqların apardığı tədqiqat zamanı tanqut dilində daş kitabələr aşkarlanıb.
10. Çingizxanın dəfnində iştirak edənlərin hamısı öldürülüb.
Çingizxanın məzarı indiyə qədər tapılmayıb.
Çingizxan öləndə öz vəsiyyətinə uyğun olaraq onun qalıqları heç kimin tapa bilməyəcəyi gizli yerdə dəfn olunmalı idi. Onun vəsiyyətini yerinə yetirmək üçün qullar və müşayətçi əsgərlər nəşi səhranın bir neçə kilometr dərinliklərinə qədər apardılar. Qulların bu sirri heç vaxt açmayacaqlarına əmin olmaq üçün onlar öldürülərək ümumi qəbirdə basdırıldılar.
Sonra döyüşçülər atla fatehin məzarı üstünə gedib bütün izləri yox edərək məzar üzərində ağac əkdilər. Dəfn prosesində iştirak edən bütün döyüşçülər düşərgəyə geri qayıdarkən öldürüldülər.
Xatırladaq ki, Çingizxanın məzarı indiyə qədər tapılmayıb.
Arzu Səlim
Qaziler.az