Böyük fateh Çingizxan haqda çoxlarının bilmədiyi 10 FAKT

Böyük fateh Çingizxan haqda çoxlarının bilmədiyi 10 FAKT backend

30 il ərzində monqol ordusu Çingizxanın rəhbərliyi ilə bütün Asiyanı dolaşdı.

Onlar bu müddət ərzində dünyanın dörddə bir hissəsini istila edərək Yer kürəsində yaşayan insanların onda birini məhv etdilər. Onun hakimiyyəti bütün insanlıq tarixində ən qəddar dövr sayılır.

Çingizxanın bəzi əməllərinə görə indi də dünyadakı bütün hökmdarlar arasında ən qəddarı sayılır.

1. Çingizxan yemək üstündə qardaşını öldürüb.


Çingizxan nüfuzlu başçı Esugeyin ailəsində doğulmuşdu. Lakin atası düşmən tayfa tərəfindən zəhərlənərək öldürüldükdən sonra oğlanın cəmiyyətdə mövqeyi dəyişir.
Onun ailəsini evdən qovdular və ailə yaşamaq üçün yollar axtarmalı oldu.

Çingizxanın 14 yaşı olanda böyük bir balıq tutdu və onu doğmalarına gətirdi. Ancaq onun ögey qardaşı Behter balığı başqaları ilə bölüşmək istəməyərək onun əlindən dartıb alaraq özü yeməyə başladı. Qəzəblənən Çingizxan qardaşının ardınca qaçaraq onun kamandan atdığı oxla öldürdü.

2. Çingizxan boyu 90 sm-dan artıq olanların boynunu vurdu.


Çingizxanın 20 yaşı olanda atasını öldürən tayfaya qarşı aparılan hərbi əməliyyata başçılıq edirdi. Beləliklə o, atasının intiqamını aldı. Tatar ordusu dağıdıldı. Həmin vaxt Çingizxan insanların qətlində inanılmaz, qeyri-adi üsuldan istifadə etdi. Hər bir tatar arabanın yanına gətirilir, onun boyu araba təkərinin oxunun hündürlüyü ilə (təxminən 90 sm hündürlüyündə idi) ölçülürdü. Kim ki bundan hündür idi onun boynunu vururdular. Bu zaman əslində yalnız uşaqlara rəhm olundu.

3. Qurbanların sümüklərinin qalağı dağlarla səhv salınırdı.


1211-ci ildə Çingizxan müasir Çinin ərazisində olan Tszin imperiyasına hücum etdi. Bu, tələsik verilmiş qərar idi: Tszin imperiyasında 53 milyon insan yaşayırdı, bunların yalnız bir milyonu monqol idi. Bununla belə, Çingizxan qələbə çaldı. 3 il ərzində monqollar Çjundu (indiki Pekin) divarlarına qədər gəlib çatdılar. Şəhər divarları 12 metr hündürlüyündə idi. Şəhərin alınması mümkünsüz kimi görünürdü. Monqollar şəhər mühasirəyə alıb əhalisini aclıqla məğlub edərək ələ keçirməyi qərara aldılar.

1215-ci ilin yayında şəhərdə hannibalizm tüğyan etməyə başladı və nəhayət ki, şəhər təslim oldu. Monqollar şəhəri qarət edib yandırdılar. Şəhər əhalisi qılıncdan keçirildi. Bir neçə ay sonra şahidlərdən biri yazırdı ki, öldürülənlərin sümüklərindən əsl ağ dağlar yaranmışdı...

4. Çingizxan onu vuran oxatanı hərbi rəis təyin etmişdi.


Monqol Tayçiqud qəbiləsi ilə müharibə zamanı Çingizxanın atına ox dəydi və heyvan yerindəcə öldü. Yıxılan at onu əzdi, lakin Çingizxan xilas ola bildi. Çingizxanın qoşunu döyüşdə qalib gəldi. O isə əsir götürülənlərdən həmin oxun kim tərəfindən atıldığının deyilməsini tələb etdi.

Gözlənilmədən oxatan Cəbə qabağa çıxaraq etiraf etdi ki, oxu o atıb və məqsədi də Çingizxanı öldürmək olub. Çingizxan onun bu cəsurluğundan heyrətə gəldi və onu öz ordusunun komandiri etdi. Sonralar Cəbə general oldu və Çingizxanın ən sadiq dostlarından birinə çevrildi.

Ardı var...

Qaziler.az










Diaspora