Natmeq ləqəbli pişik özünün 31 yaşını qeyd edib. İnsan yaşı ilə uyğunlaşdırsaq onun indi 141 yaşı var.
Liz və İen Finli 1990-cı ildə sahibsiz Natmeqi küçədən taparaq evlərinə gətiriblər.Həmin vaxt veterinar klinikasında ona baxış zamanı heyvanın 5 yaşı olduğu bildirilib.
İndi Natmeqin sahibləri Ginnesin rekordlar kitabına salınması üçün heyvanın yaşını təsdiqləyən sənədləri hazırlayırlar.
“O dəhşətli dərəcədə ərköyündür. Bizi səhər saat 5-də yuxudan oyadır. Biz yuxudan oyanmalı və onu yedizdirməliyik“.
Keçən il Natmeq ürək tutması keçirmiş, lakin xəstəliyi sovuşdura bilmişdi.
Qaziler.az