Niyə asqırana “sağlam ol!” deyirik, öskürənə isə yox - MARAQLI İNANCLAR

Niyə asqırana “sağlam ol!” deyirik, öskürənə isə yox - MARAQLI İNANCLAR backend

Siz heç özünüzə sual vermisiniz ki, niyə insanlar asqıranda bir-birinə “sağlam ol” deyir, öskürəndə isə yox?! Bu sualın cavabı həm də xurafatla bağlıdır.

Yəhudi rəvayətində deyilir ki, tanrı insanı yararatdı və ona can verdi. Sonra qərara gəldi ki, Adəmi ölümlü etsin: ilk yaradılmış insan olan Adəm asqırdı və ruhu cismindən ayrıldı. Beləliklə əvvəllər insanlar həyatlarında yalnız bir dəfə asqırırdılar: ölümdən qabaq.
Bir dəfə İakov özünün birinci və sonuncu asqırmağından sonra Allaha yalvarır ki, onun canını almasın. Allah razılaşır və müəyyən dəyişiklik edir: o, insanlara qocalıq və xəstəlik verir. Beləliklə rəvayətə görə, o vaxtdan insanlar asqırandan dərhal sonra ölmürlər və bir-birinə can sağlığı arzu edirlər.
Orta əsrlər Avropasında asqırmaq taunun xəbərçisi idi. İnsanlar asqırmağa qorxaraq deyirdilər: “Allah kömək olsun!”.
Novqorod salnamələrindəki rəvayətlərin birində yazılır ki, uşaq asqıranda onu şeytan aparmağa hazırlaşır. Ona görə də uşaq asqıranda valideynləri: “Sağlam ol, qoruyucu mələk!”, - deməklə yalnız uşağa deyil, onu qoruyan mələyə də sağlamlıq arzulayırlar.
Qədim romalılar inanırdılar ki, əgər insan asqırırsa onun ruhu bədənindən ayrıla bilər. O zaman asqıran insana belə deyirmişlər: “Qoy Allah sizin ruhunuzu geri qaytarmaq üçün qorusun!”
Şotlandiyada isə əksinədir: asqırmaq əqli sağlamlıq nişanəsi hesab edilirdi. Onlar səbirsizliklə uşağın asqırmağını gözləyirdilər.
Onların fikrincə, axmaq uşaqlar asqıra bilmir. Ona görə də uşaqları asqıranda sevinirdilər.
Müasir dünyada ingilislər asqırana: “Allahın xeyir-duası səninlə olsun!” deyir, almanlar və ruslar sağlamlıq, italyanlar xoşbəxtlik arzulayırlar. Yaxın və Orta Şərqdə asqıran adam tərəfə baş əyir və əl çalırlar.
Asqırmaqla bağlı belə maraqlı inanclar var.
Qaziler.az
Diaspora