Tarixin unudulmuş faktı - Stalinin şinelində parada gələn köpək Culbars

Tarixin unudulmuş faktı - Stalinin şinelində parada gələn köpək Culbars backend

1945-ci il iyunun 24-də Moskvada keçirilmiş Qələbə paradına hərbçilər əllərində bir it gətirdilər.

Heyvan Stalinin şinelinə bükülmüşdü. Bu, müharibə zamanı istehkamçılara minatəmizləmədə kömək edən itlərdən biri idi.

İtin adı Culbars idi. Moskvada keçirilən Qələbə paradına az qalmış Culbars yaralanmış və hərbçi itlər məktəbinin tərkibində ora gedə bilməmişdi. Belə olan halda Stalin köpəyi öz şinelində Qızıl Meydana gətirilməsini əmr edir.

Culbars Dunay ətrafındakı sarayların, Praqa qəsrlərinin, Vyanadakı kilsələrin minalardan təmizlənməsində iştirak etmişdi.

1944-cü ilin sentyabrdan 1945-ci ilin avqustuna qədər Rumınya, Çexoslovakiya, Macarıstan və Avstryada Culbars adlı xidməti it 7468 mina və 150-dən çox mərmi aşkarlayıb.

21 mart 1945-ci ildə döyüş tapşırığını uğurla yerinə yetirdiyinə görə Culbars "Döyüş xidmətinə görə" medalı ilə təltif edilmişdi.

Müharibənin sonunda Culbars yaralanır və paradda müstəqil iştirak edə bilmir. General-mayor Qriqori Medvedyev parada komandanlıq edən marşal Konstantin Rokossovskiyə bu barədə məruzə edir, o isə İosif Stalinə məlumat verir. Stalin isə bu köpəyi öz kitelində Qızıl meydana gətirilməsinə əmr verir.

Qaziler.az
Diaspora