Afrikada yaşayan bir qəbilənin çox qəribə, başqa insanlara, millətlərə örnək ola biləcək adəti var.
Bu qəbilədə kimsə hər hansı pis hərəkət edirsə onu insanların toplaşdığı mərkəzə gətirir, əhatəyə alır və iki gün ərzində onun etdiyi yaxşı əməlləri xatırlayır, buna görə ona minnətdarlıq edirlər.Onlar hesab edirlər ki, dünyaya gələn hər kəs yaxşıdır. Hər kəs məhəbbət, xoşbəxtlik, sülh, təhlükəsizlik istəyir. Bəzən bu qiymətli şeylərin ardınca gedərkən insan səhvə yol verir. Qəbilə bu səhvlərdə kömək diləmək üçün bir siqnal görür. Onlar yıxılanı qaldırmaq üçün səylərini birləşdirir, təbiətin yaratdığı vəziyyətə qaytarmağa, onun əslində kim olduğunu xatırlatmağa çalışırlar.
Qaziler.az