Cuqaşvili necə Stalin oldu? - MARAQLI

Cuqaşvili necə Stalin oldu? - MARAQLI backend

Dünyanı yarım əsrdən çox təxəllüslü adamlar idarə edib.

Belə zənn etmək olar ki, sovet rəhbərləri gizli özəklərdən və çar sürgünlərindən çıxdıqlarına görə təxəllüslərdən istifadə edirdilər.

Lakin təhlil etməyə başlayanda məlum olur ki, hər bir inqilabçının adını dəyişməsinin öz səbəbləri var.

Bəs İosif Cuqaşvilinin adını dəyişməsinin səbəbi nə idi?

Stalin ömrü boyu çox təxəllüsdən istifadə edib. "Stalin" təxəllüsünü isə o, bilərəkdən götürüb.

"Böyük təxəllüs" əsərinin müəllifi Vilyam Poxlebkinin fikrinə görə, bu təxəllüsün seçilməsində bir neçə fakt üst-üstə düşüb. Belə ki, təxəllüsün götürülməsində əsas mənbə liberal jurnalist, əvvəlcə xalqçılara, sonra isə eserlərə yaxın olan Yevgeni Stefanoviç Stalinskinin familiyası olub. Həmin şəxs əyalətin görkəmli naşirlərindən idi və Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" poemasını rus dilinə tərcümə etmişdi.

Stalin bu poemanı çox sevirmiş.

Qaziler.az
Diaspora