Xüsusi qəfəsdə suya girən dalğıc tələ yemini ələ keçirmək istəyən akulanın şəklini çəkmək istərkən gözləmədiyi vəziyyətlə qarşılaşıb.
O özü az qala yırtıcının yemi olacaqdı.Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, hadisə Meksika sahillərində baş verib. Dəniz yırtıcısı qəfəsi sındıraraq ora soxulub. Xoşbəxtlikdən dalğıc sağ qalıb.