Əgər siz öz-özünüzlə danışırsınızsa siz dəli deyilsiniz, hətta başqalarından qat-qat ağıllısınız.
İnsanın öz-özüylə danışması həmin şəxsin dahiliyindən xəbər verə bilər. Dünyanın ən ağıllı insanları həmişə öz-özüylə danışıb, ucadan mühakimə edir, tez-tez özlərini danlayıblar. Məsələn, problemi dərindən dərk etmək üçün alimlər öz daxili monoloqlarını, mübahisələrini və tərəddüdlərini ucadan səsləndirməyi sevirlər.Bu hal şairlərə, tarixçilərə, siyasətçilərə də aiddir.
Albert Eynşteyn həmişə öz-özüylə danışırmış. O, uşaqlıqda ağlı ilə xüsusi olaraq seçilməyib. Lakin cəmiyyətdə dəyərli insanlara üstünlük verib, bəzən isə tənhalığı sevib. O, hətta saatlarla öz-özüylə danışıb və bunda da qəribə heç nə görməyib.
Qaziler.az