ABŞ-ın “SquareTrade” şirkəti ölkə ərazisində istifadə olunan smartfonların sınması, xüsusi ilə də əyilərək sınmasının sınaqlarını keçirib.
QAZİLER.AZ -ın 4pda.ru-ya istinadən verdiyi məlumata görə, şirkət “Samsung Galaxy S6 Edge”, “HTC One M9” və “Apple iPhone 6 Plus” smartfonları üzərində keçirilmiş test sınaqlarının nəticələrini açıqlayıb.Sınaqlar xüsusi avadanlıqlar vasitəsilə həyata keçirilib və insan oturduğu zaman smartfonun üzərinə düşən gücü imitasiya etdirib.
Testin nəticələri göstərib ki, “Samsung Galaxy S6 Edge” smartfonu əyilmə zamanı 110 funt gücündə çəkini dəf edir. Bu da 50 kiloqram çəki deməkdir. Ancaq bu zaman smartfonun əyilmiş tərəfindən ekranı zədələnir. Ancaq 149 funt, yəni 69 kiloqram çəkinin təsiri altında “Samsung Galaxy S6 Edge” tam olaraq qırılıb sıradan çıxır.
“Apple” şirkətinin “iPhone 6 Plus” smartfonu 179 funt, yəni 81 kiloqram çəki altında qırılır. 11 fut çəkinin təsirində isə əyilməyə başlayır. Amma bununla belə, telefon hələ də işlək vəziyyətdə qalır.
“HTC One M9” smartfonuna gəldikdə, 120 funt, yəni 54 kiloqram çəkidə telefonun korpusu əyilir. Məhz bu gücün təsirindən smartfonu açan düymə sıradan çıxır və bundan sonra bu avadanlığın işləməsi tam mümkünsüz olur.