Deyilənə görə, xoşbəxtliyə nail olmağın sirri çox sadədir.
Bununla bağlı maraqlı pritça var.Xoşbəxtlik meşə ilə gedərkən çalaya yıxılır. Çalada qalan Xoşbəxtlik ağlamağa başlayır. Bu zaman yaxınlıqdan keçən insanın ayaq səslərini eşidir:
- Xeyirxah insan, məni buradan çıxart!
- Bəs buna görə sən mənə nə verəcəksən?
- Nə istəyirsən?
- Mən dənizə mənzərəsi açılan böyük, bahalı, gözəl ev istəyirəm.
Xoşbəxtlik insana arzuladığını verdi. İnsan evə doğru qaçdı, Xoşbəxtlik haqda unutdu.
Xoşbəxtlik çalada oturub daha ucadan ağlamağa başladı. Bu dəfə ikinci insanın ayaq səslərini eşidib onu səslədi:
- Xeyirxah insan, xahiş edirəm, məni buradan çıxart.
- Əvəzində nə verəcəksən?
- Nə istəyirsən?
- Mən çoxlu gözəl, bahalı maşınlar istəyirəm.
Xoşbəxtlik bu insanın da xahiş elədiyini verdi. İnsan sevinərək qaçdı və Xoşbəxtliyi çaladan çıxarmağı unutdu.
Xoşbəxtlik bütün ümidini itirdi. Bu zaman yaxından keçən üçüncü adamın ayaq səslərini eşidib onu çağırdı:
- Xeyirxah insan, nə olar, məni buradan çıxart.
Həmin şəxs Xoşbəxtliyi çaladan çıxardı və yoluna davam etdi. Çox sevinən
Xoşbəxtlik onun ardınca qaçdı:
- İnsan, bəs mənə kömək elədiyinə görə əvəzində nə istəyirsən?
- Heç nə. Mənə heç nə lazım deyil - deyə insan cavab verdi.
Beləliklə, Xoşbəxtlik onun ardınca getdi və ondan ayrılmadı.
İnsanlara xeyirxahlıq bəxş edin və xoşbəxt olun.
Qaziler.az