Almaniyadan olan fotoqraf Tanya Brandt vəhşi təbiətin və heyvanların şəkillərini çəkmək üzrə ixtisaslaşıb.
Onun fotosessiyalarından birinin qəhrəmanları iki dost - İnqa ləqəbli ovçarka və Napoleon adlı bayquş balasıdır.İt meşədə tənha quş balasını tapmış və onu öz himayəsinə almışdı. İnqa olmasaydı balaca quş asanlıqla yırtıcıların yemi olacaqdı.
İndi quş böyüyüb və uçub gedə biləcəyi halda getmir, çünki ovçarkaya bağlanıb. Onlar çox zaman bir yerdə olurlar. Heyvanları qeyri-adi, böyük dostluq birləşdirir.
Qaziler.az bu dostluqdan bəhs edən videonu təqdim edir: