114 yaşlı qadın 71 yaşlı kişiyə ərə gedib

114 yaşlı qadın 71 yaşlı kişiyə ərə gedib backend

Çində 114 yaşlı qadın 71 yaşlı kişiyə ərə gedib.

Qaziler.az Ölkə.Az-a istinadən xəbər verir ki, nikah mərasimi Çinin Sinzsyan-Uyğur muxar rayonunun Baçu rayonunda baş tutub.

Bəy namizədi bir ildən artıq imiş ki, qadına evlilik təklif edirmiş. Cütlük qocalar evində tanış olublar. Bəyin sözlərinə görə, gəlinin yemək bişirməyi onun çox xoşuna gəlib. O, sonradan 114 yaşlı qadının eyni zamanda yaxşı insan olduğunu da anlayıb.

Mətbuata yayılan xəbərə görə, qadın dəfələrlə kişinin təklifinə yox cavabını versə də, qarşı tərəf israr etməkdən yorulmayıb. Nəticədə qadının ürəyi yumşalıb və evliliyə razılıq verib. Cütlük münasibətlərini rəsmiləşdirərək nikaha daxil olublar.
Diaspora