Tiran İosif Stalinin maraqlı fikri var: Ölüm problemlərin həllidir. İnsan yoxdursa problem də yoxdur.
Tiran kimi tanınan İosif Stalin bütün dünyada öz qəddar xarakteri ilə məşhurdur.Bununla belə, yoldaş Stalin xüsusi yumor hissinə malik olub. O, bəzən öz qərarını da məhz yumorla səslndirib.
Qaziler.az saytı olaraq bir müddət əvvəl Stalini zarafatlarından təqdim etmişdik. Bu sayımızda da bu zarafatlardan bir neçəsini də təqdim edirik.
Artilleriya sisteminin konstruktoru V. Q. Qrabin bildirirdi ki, 1942-ci il ərəfəsində Stalin onu yanına çağırıb və bildirib:
-Sizin top Rusiyanı xilas edib. İndi nə istəyirsiniz - Sosialist Əməyi Qəhrəmanı, ya Stalin mükafatı?
-Mənimçün fərqi yoxdur, yoldaş Stalin.
Həm onu , həm bunu verirlər.
Ukraynanın Kənd Təsərrüfatı Xalq Komissarları Sovetinin sədrini Siyasi Büroya çağırırlar. O, soruşur:
- Mən necə məruzə etməliyəm: qısa, ya ətraflı?
- Necə istəyirsiniz. İstəyirsiniz qısa, istəyirsiniz ətraflı. Ancaq reqlament 3 dəqiqədir, - deyə Stalin cavab verir.
Müharibədən sonra alman hərbi donanmasının taleyi haqda qərar verilərkən Stalin onun bölüşdürülməsini təklif edir. Çörçil belə bir çümlə işlədir: “Batırmaq“.
Stalin cavab verir: “Elə isə öz hissənizi götürün və batırın“.
Potstam konfransının gedişində Harriman Stalindən soruşur:
“1941-ci ildə almanların Moskvanın 18 km-də olduğunu nəzərə alsaq yəqin ki, indi diz çökmüş Berlinin bölüşdürülməsi sizin üçün xoşdur?“
“Çar Aleksandr Parisə qədər gedib çıxmışdı“ - deyə Stalin cavab verir.
Stalin meteroloqlardan onların proqnozlarının neçə faizinin doğru olduğunu soruşur.
-Qırx faiz, yoldaş Stalin.
- Siz hər şeyi tərsinə deyin, onda altmış faiz doğru söyləmiş olacaqsınız.