Bu bitkinin yarpağını çeynəmək qəzəbi soyudur, digəri sevgi yaradır - MARAQLI

Bu bitkinin yarpağını çeynəmək qəzəbi soyudur, digəri sevgi yaradır - MARAQLI backend

Bilirsinizmi ki, otaq bitkiləri oksigendən əlavə psixotrop maddələr də ifraz edir?

Bu maddələr insan düşüncəsini, idrakını dəyişmək qabiliyyətinə malikdir. Alimlər müəyyən ediblər ki, bu və ya digər bitkilərin əhatəsində qalanda insan özü də hiss etmədən dəyişir. Əhval-ruhiyyə, düşüncələr, hətta davranış belə başqalaşır.
Yəni ki, bizim pəncərənin ağzında yaşayan bu canlılar insanlara rəhbərlik edə bilərlər. Əgər siz iş qurmaq istəyirsinizsə, bununçün biznes üçün ideyalar lazımdırsa, sizə bitkilər kömək edər. Əgər məhəbbət axtarırsıznızsa, bu, başqa məsələ.
Məsələn, kaktusun ifraz etdiyi maddə mənfi emosiyaları yatırır, insanı daha xeyirxah olmağa yönəldir. Belə bitkini şefə və yaxud aqressiv adama hədiyyə etmək olar. Kaktuslar nəinki sakitləşdirici, həm də ağrıkəsici maddələr də ifraz edir.

Monstera bitkisi əksinə, müxtəlif nəsillər - atalar və övladlar, qaynanalar və kürəkənlər, qaynanalar və gəlinlər arasında mövcud olan ənənəvi problemləri nizama salır. Monstera bitkisinin vətəni sayılan Braziliyada hesab edirlər ki, əgər bu bitkinin yarpağını çeynəsən qəzəbi yatırmaq olar.

“Pul ağacı” bitkisinin ifraz etdiyi maddə beynin fəaliyyətinə kömək etmək qabiliyyətinə malikdir. Bu faydalı dəyişiklik bizneslə məşğul olanlar üçündür. Hərçənd, bu otaq bitkisi yalnız biznesdə uğur gətirmir, həm də ailəyə xoşbəxtlik bəxş edir.

Bioenergetiklər hesab edir ki, bu otaq bitkiləri insanın ətrafında firavanlıq aurası yaratmaq qabiliyyətinə malikdir. Alimlər isə bildirir ki, belə bir lazımı effekt əldə olunması üçün bir bitki kifayət deyil və daha çox bitki ilə əhatə olunmağı tövsiyə edirlər.
Qaziler.az
Diaspora