Böyük Britaniyanın paytaxtı Londonda dünyanın ən bahalı dəm çayniki nümayiş olunub.
Qaziler.az “Luxurylaunches” nəşrinə istinadən xəbər verir ki, çaynikin qiyməti 3 milyon dollar təşkil edir.“Egoist” adlı qızılı çaynik “Scavia” italyan şirkətinin zərgərləri tərəfindən hazırlanıb.
Dekor üçün 1,6 min almaz və 388 yaqutdan istifadə edilib. Çaynik həmçinin çəkisi 6 karat (1,2 qram) olan yaqut və 20 karatlıq (4 qram) qiymətli daş ilə bəzədilib.