İnsanın əhval-ruhiyyəsi qəbul etdiyi qərarlara mühüm təsir göstərir

İnsanın əhval-ruhiyyəsi qəbul etdiyi qərarlara mühüm təsir göstərir backend

ABŞ-ın Stenford Universitetinin alimləri qərar qəbulu zamanı insanın əhval-ruhiyyəsinin mühüm rol oynadığını müəyyən ediblər.

AZƏRTAC “VistaNews” saytına istinadla xəbər verir ki, mütəxəssislər insanların arzuolunmaz və eyni zamanda vacib işlərlə yüksək əhval-ruhiyyədə ikən məşğul olduqları qənaətinə gəliblər. Buna hesabın ödənilməsi, evdə təmizlik işlərinin aparılması və s. işlər aid edilə bilər.

Tədqiqatlar qeyri-ənənəvi üsulla aparılıb. Bir ay müddətində smartfon vasitəsilə 60 min insanın gündəlik həyat tərzi müşahidə edilib. Araşdırmaların sonunda insanların xoşagəlməz vəzifələri xoş əhval-ruhiyyədə olarkən yerinə yetirdikləri təsdiq olunub. Müəyyən edilmiş qanunauyğunluq dinamik hedonist rahatlıq adlandırılıb.

Tədqiqatlardan məlum olub ki, xoşagələn və gəlməyən hallar arasında sağlam balansa nail olmaq, insanın xoşbəxt və rahat yaşamasına əhəmiyyətli dərəcədə təsir göstərir.
Diaspora