Doğrudanmı duz dağılanda mübahisə yaranır? - DUZLA BAĞLI SINANMIŞ İNANCLAR

Doğrudanmı duz dağılanda mübahisə yaranır? - DUZLA BAĞLI SINANMIŞ İNANCLAR backend

İnanca görə, təsadüfən dağılan duz həqiqətən də mübahisəyə gətirib çıxarır.

Duz nə qədər çox dağılarsa mübahisə bir o qədər ciddi olur.

Ancaq qorxmayın. Bu zaman mübahisədən qaçmaq mümkündür: əgər həmin dağılmış duzdan 3 çimdik götürüb sol çiyninizin üstündən atsanız mübahisə sovuşmuş olar.

Başqa variant da var: bu zaman gülün və alnınıza vurun. Bu cür sadə üsulla evdəki qalmaqaldan özünüzü qoruya bilərsiz.

Cörəyi duzlamaq olmaz.

Yeri gəlmişkən, duzla bağlı çox sayda inanclar var. Məsələn, əgər evin sahibəsi yeməyə çox miqdarda duz tökübsə, deməli o, aşiq olub.

Əgər biri ilə dalaşmaq istəmirsinizsə stol arxasında ona duz uzatmayın. Və yaxud da duzu verərkən gülün. Təbiidir ki, bu zaman gülüşünüzün səbəbini izah edin, əks halda yerinə düşməyən gülüş anlaşılmaz qarşılanar.

Əgər siz təsadüfən başqasının boşqabına duz tökmüsünüzsə dərhal həmin boşqaba bir çimdik də duz atın. Beləliklə, siz həmin şəxsi baş verə biləcək bədbəxtlikdən xilas edərsiniz.

Duz həmçinin, yaxın günlərdə havanın necə olacağını müəyyənləşdirməyə kömək edə bilər. Əgər duz nəmlənirsə, yağışlı və tutqun havaya hazır olmaq lazımdır.

İstərsiz inanın, istərsiz inanmayın, ancaq həyat maraqlıdır və o, möcüzələrlə, qəribəliklərlə doludur.
Qaziler.az
Diaspora