Adolf Hitlerin “3 ölkə”si

Adolf Hitlerin  “3 ölkə”si backend

Dünya tarixinin tanınmış simalarından olan Adolf Hitlerin məşhur sözü var: "Əgər dünyada cəmi bir ölkə olsaydı: Sənayesi almanlardan, ordusu türklərdən, fahişəsi fransızlardan olardı”. Günümüzdə də bu sözlər həqiqəti əks etdirə bilir.

Sözsüz ki, almanlar sənaye cəhətdən inkişaf etmiş Avropa ölkələrindən ən öndə gedənidir. Ən inkişaf etmiş sənaye xalqlarından biri olan Almaniya, bu gün ABŞ, Çin və Yaponiyadan sonra ən böyük milli iqtisadiyyat mövqesindədir. 82,5 milyonluq əhalisiylə də Avropa Birliyinin ən böyük və ən əhəmiyyətli bazarı mövqesindədir. 2004-cü ildə Almaniya 2,216 milyard Avroluq Ümum Milli Məhsul rəqəminə çataraq adambaşına düşən milli gəlir 26.856 Avronu tapdı. İqtisadiyyatdakı bu performans xüsusilə xarici ticarət sayəsində əldə edildi. 734 milyard Avroluq ixracat həcmiylə (2004) Almaniya, dünyanın mal ixracatında ən yüksək rəqəmlərə çataraq "dünya ixracat çempionu" oldu. Bu yüksək ixracat performansının dinamikası ixrac edilən malların 84%-ni (2004) təmin edən sənaye sektoru oldu. Bu rəqəmlər Almaniyanın günümüzün iqtisadi reallığı olan qlobal ticarətə özünü digər bütün ölkələrdən daha sıx bir şəkildə hazırladığını göstərir. Ölkənin ən əhəmiyyətli iqtisadi mərkəzləri (keçmişin ağır sənaye bölgəsi olan, daha sonra zamanın şərtlərinə uyğunlaşaraq irəli texnologiya və xidmət sektoru mərkəzlərinə çevrilmə müvəffəqiyyəti göstərən) Rur Bölgəsinin yanında, Münhen və Ştuttqart metropolunun bölgələri (yüksək texnologiya, avtomobil), Frankfurt am Mayn (maliyyə), Köln, Hamburg (liman, Airbus təsisləri, media) və Leipziqdir. Beynəlxalq müqayisəyə görə, Almaniyanın həyat standartları çox yüksəkdir. Ödənişli bir işçinin aylıq ortalama gəliri 2500 Avro, maaşlı çalışanlarınsa 3400 Avro səviyyəsindədir. Almaniya, qiymət sabitliyiylə də tanınmışdır - 2004 ili inflyasiyası 1,7% səviyyəsində qalmışdır. Alman iqtisadiyyatı indiki vaxtda xüsusilə məşğulluq bazarı və ictimai təhlükəsizlik sistemindəki strukturca problemləri həll etməyə çalışmaqdadır. İşsizlik nisbəti 2005-ci il sonunda Qərbdə 9,4% və beş Şərq əyalətində 17% səviyyəsində oldu. Bunun yanında Almaniyanın yenidən birləşməsi də illik 80 milyard Avroya çatan transfer xərcləmələriylə iqtisadiyyata çox böyük bir yük gətirməkdədir. Buna görə də keçdiyimiz illərdə iqtisadiyyatın böyümə həcmi ildə 1% ətrafında olmuşdur.

Hitlerin ordu mövqeyini türklərə həvalə etməsi də əbəs deyil. Böyük faşist, qaniçən adam olsa da görünür xalqların maddiyyatından əlavə mənəvi üstünlüyünü də yaxşı dərk edib. Hazırkı kəlamlarının doğru çıxması onun güclü siyasətçi olduğundan xəbər verir. Günümüzdə də türklərin böyük ordu yaratmaq qüdrətinə malik olduğunu çoxları başa düşür. Məhz bəzi dünya liderlərinin tarix boyu və hal-hazırda türklərdən və xüsusilə Türkiyədən ehtiyat etmələri bizi bu Adolfa haqq verməyə əsasdır.
Müxtəlif qiymətləndirmələrə görə, Türkiyənin silahlı qüvvələri dünyada ən qüdrətli ordulardan biridir. Bu ordu Rusiya və ya Qərbdə olduğu qədər yüksək texnologiyalı olmasa da, çoxsaylı və yaxşı hazırlıqlıdır.
Bundan başqa, Türkiyə əlverişli coğrafi məkanda yerləşir və NATO üzvüdür. Məhz bu, Ankaranın hərbi gücünü qiymətləndirərkən ilk növbədə nəzərə alınmalı faktordur.
Lakin münaqişənin dünya miqyasınadək eskalasiya edilməsi Alyansa əl vermir, çünki bu zaman nüvə müharibəsi riski arta bilər.

Hər hansı bir ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyətini qiymətləndirmək (ələlxüsus da iki ordunun müqayisəli qiymətləndirilməsini aparmaq) son dərəcə mürəkkəb məsələdir və bu zaman son dərəcə çox sayda faktor və şəraitlər nəzərə alınmalıdır. Buna baxmayaraq, nüvə silahı nəzərə alınmazsa, Türkiyə 1952-ci ildə daxil olduğu NATO ölkələri arasında döyüş potensialına görə ABŞ-dan sonra ikinci orduya malikdir.
Global Power indeksində Türkiyə dünyanın ən döyüş qabiliyyətli ordularının ilk onluğunda sonuncu yeri tutur. Bu indeksdə Rusiya ABŞ-dan sonra ikinci yerdədir. Türkiyənin əksər tankları bu M60 kimi artıq köhnəlib. Bu reytinq canlı qüvvə və texnikanın sayı, ÜDM, maliyyə vəziyyəti və hətta elektrik enerjisi istehsalı kimi faktorları nəzərə alır. Global Power indeksinə görə, Türkiyənin silahlı qüvvələrində 400 min əsgər vardır. Rusiyada bu rəqəm 760 mindən çoxdur. Türkiyədə ehtiyatda olan hərbçilərin sayı 185 min, Rusiyada isə 2, 4 milyondan çoxdur. Türkiyənin Hərbi Hava Qüvvələri say baxımından da Rusiyadan geri qalır. Türkiyənin 1020 döyüş təyyarəsi var. Rusiyada döyüş təyyarələrinin sayı az qala 3, 5 mindir. Qırıcıların nisbəti müvafiq olaraq 223 – 769-dur.
Bu təyyarələrdən 168-i F-16 qırıcısıdır və ABŞ lisenziyası ilə Türkiyədə yığılıb. D tipli 40 təyyarə Block 50 proqramı əsasında modernizasiya edilib. Bunlar 4+ kateqoriyasına aid müasir təyyarələrdir və döyüş keyfiyyətlərinə görə Rusiyanın Latakiyadakı hərbi bazada mənzillənmiş Su-30SM təyyarələrindən geri qalmır. Rusiya Latakiyaya 15-dək belə təyyarə gətirib. Türkiyənin qalan qırıcı təyyarələri F-4 modifikasiyasından olan köhnəlmiş modellərdir. Quru qoşunları müqayisə edərkən üstünlük Rusiya tərəfində daha da çoxdur. Məsələn, Türkiyə ordusunda 3778 tank var (onlardan təxminən 300-ü müasir Leopard 2, qalanları isə nisbətən köhnəlmiş Leopard 1, M60, M48 modifikasiyalarını təmsil edir). Rusiya ordusunun 15 min tankı var. Türkiyənin Hərbi Dəniz Donanması (HDD) da, Rusiyanın dəniz qüvvələrindən geri qalır. Türkiyənin 115, Rusiyanın isə 352 gəmisi var. Türkiyənin yerüstü hava hücumundan müdafiə sistemləri, əməliyyat-taktiki raket kompleksləri də Rusiyanınkından xeyli zəifdir. Bununla yanaşı, Türkiyə ordusunun ixtiyarında kifayət sayda yüngül zirehli texnika, reaktiv, özüyeriyən və yedəklənən artilleriya var.

Nəhayət fransız fahişələrindən söz açaq. Fransada bir müddət əvvəl seks üçün pul ödəyən fahişələrə qarşı bu tədbirin qadağan olunması haqqında qanun qüvvəyə minmişdi. Bununla bağlı ölkədə etirazlar oldu. Sözsüz ki, hökumət buna qarşı çıxır, ancaq tarix boyu fransız qadınlarının əxlaqi davranışları haqqında müxtəlif jurnallar, qəzetlər, hətta kitablarda məlumatlar verilib. Burda yaxşı deyiblər: Mətbuat xalqın güzgüsüdür. Deməli, başqa səbəb axtarmaq lazım deyil. Hətta Amerikalı araşdırmaçı, Vinskonsin universitetinin professoru Meri Robertsin "Əsgərlər nə edirdilər” kitabı böyük qalmaqal yaratmışdı. Yazıçı özü kitabı barədə belə deyir:
"Kitabım amerikan əsgərlərinin guya özlərini ideal aparmaları barədə mifləri yerlə bir edir. Amerikanlar əyinlərində yubka olan hər kəslə, hər yerdə sekslə məşğul olublar. Əksər amerikalılar hesab edirdilər ki, Fransa böyük fahişəxana kimi yerdir və bütün qadınlar fahişədirlər. Bu fikrin yaranmasında jurnalların da köməyi vardı. Məsələn, Amerika əsgərləri üçün dərc edilən "Ulduzlar və zolaqlar” jurnalında paradlarda onları azad edən əsgərləri qucaqlayaraq gülümsəyən fransız qadınlarının fotoları olurdu. Belə fotoların altından təxminən bu cür sözlər yazılırdı: "Baxın, biz bunun uğrunda mübarizə aparırıq!”
Jurnallarda fransız qadınları ilə münasibət qurmaq üçün lazım olan fransız sözləri də dərc edilirdi: "Mən evli deyiləm”, "Gözəl gözləriniz var”, "Çox gözəlsiniz” və s. Təbliğat jurnalları az qala əsgərləri təhrik edirdi ki, xoşlarına gələn hər şeyə sahiblənsinlər.
Təəccüblü deyil ki, 1944-cü ilin yayında Normandiyaya müttəfiqlər girəndə Fransanın şimalı, kitabın müəllifinin dili ilə desək "kişi sunamisindən” silkələnirdi.
Xüsusilə zorakılıq Havr limanında baş verirdi. İcra hakimiyyətinin arxivində vətəndaşların merə yazdıqları məktublar hələ də qalır. Orada vətəndaşlar "gecə gündüz baş verən cinayətlər”dən yazırdılar. Oğurluq və qarət də olurdu, amma ən çox zorlama hadisələri baş verirdi. Amerikanlar az qala bütün qadınlara hücum edirdilər, özü də hamının gözü qarşısında.
Bu faktı demək kifayətdir ki, Normandiya uğrunda döyüşlərdə 20 min sadə vətəndaş qətlə yetirilmişdi ki, onların 3 mini Havrda öldürülmüşdü.
Amerikanlar özlərini Fransada istilaçı kimi aparırdılar, istilaçılardan xilaskar kimi yox.
Hətta iş o yerə gəlmişdi ki, fransız fahişələri alman əsgərlər barədə nostalgiya ilə xatırlayırdılar. Çünki amerikan əsgərləri onlarla cinsi əlaqəyə girdikdən sonra pullarını oğurlayaraq qaçırdılar. Bəzi qadınlar isə amerikanlarla görüşdən sonra həyatlarını itirirdilər. Kitabın müəllifi deyir ki, Amerikanların Fransada İkinci Dünya müharibəsi zamanı törətdiklərini hələ də fransız kişiləri unutmayıblar.

Rüfət Soltan



Diaspora