NASA: 2016-cı ilin iyulu son 136 ildə ən isti ay olub

NASA: 2016-cı ilin iyulu son 136 ildə ən isti ay olub backend

NASA-nın məlumatına görə, bu ilin iyul ayı meteoroloji müşahidələrin bütün tarixi ərzində, yəni son 136 ildə dünyanın ən isti ayı olub.

AZƏRTAC “radiovesti” saytına istinadla xəbər verir ki, ötən ay orta temperatur rekord göstəricilərin qeydə alındığı 2011-ci və 2015-ci illərin iyul ayları ilə müqayisədə 0,18 dərəcə yüksək olub. 2009-cu ilin iyulu və 2014-cü ilin avqustu da meteoroloji müşahidələrin aparıldığı müddətdə qeydə alınmış beş ən isti ay sırasındadır. Belə çıxır, son illərdə daim rekord göstəricilər qeydə alınır. Alimlərin çoxu planetdə istilənmənin səbəbini parnik qazlarında görür.
Diaspora