Bir çox ağıllı adamlar öz yarısını - yarını tapmaqda çətinlik çəkirlər.
Bəs görəsən nəyə görə ağıllı adamlar sevəcəyi insana gec rast gəlir?1.Onlar özlərinin və başqalarının hisslərini daim analiz edirlər.
Ağıllı adamlar uğurla məlumat toplaya və nəticə çıxara bilirlər. Bu qabiliyyət də onlarla axmaq oyun oynayır: bu şəxslər başqalarından fərqli olaraq münasibətlərdəki ilk problem əlamətləri görən kimi bundan daha asanlıqla vaz keçə bilirlər.
Anlaşılmazlıq, mübahisələr? Deməli, biz bir-birimizə tay deyilik, sağ ol.
2. Onlara öz hisslərini etiraf etmək üçün çox vaxt lazımdır.
Onların beyni həmişə məsələnin bütün mümkün detallarını və səbəblərini götür-qoy edir: hər şey öz yolu ilə getməyə bilər. Nəticə də o olur ki, ağıllı adamlar başqalarına ürəklərini açmağa çətinlik çəkirlər. Çünki onlar bilirlər ki, istənilən münasibətlər risklidir. Məhz buna görə də onlar soyuq görünür, digərləri ilə məsafə saxlayırlar.
3. Onlar keçmiş təcrübəyə əsaslanırlar.
Ağıllı insanların düşdüyü növbəti tələ: keçmiş münasibətləri korlayan məsələlər indikinə dəlalət etməyə bilər, lakin bunu anlamaq onlar üçün çətindir. Onlar ötən dəfəki ayrılıqdan necə əzab çəkdiklərini çox yaxşı xatırlayır və bu keçmiş təcrübəni indi münasibətdə olduqları yaxınları ilə olan münasibətlərə də "gətirirlər".
4. Təklik onların şüurlu seçimidir.
Bəli, bu, belədir. Bir çox zəkalı insanlar həmişə düşünür ki, onlar üçün tək qalmaq "özünün olmayan adam"la birlikdə olmaqdan daha rahatdır. Bu, onların şüurlu olaraq qəbul etdikləri qərardır. Əksər hallarda belə insanlar yaranan şəraitə görə deyil, məhz özləri bunu istədiklərinə görə tək qalırlar.
Qaziler.az