Diş məcunu yalnız dişləri təmizləmir - ÇOX ŞEYƏ QADİRDİR

Diş məcunu yalnız dişləri təmizləmir - ÇOX ŞEYƏ QADİRDİR backend

Diş məcununun təyinatı haqda hamı bilir.

Lakin diş məcununun istifadə sahəsinin çox geniş olduğunu çox adam bilmir.

1. Pis qoxuları aradan qaldırır.
Balıq, sarımsaq və digər xoş qoxuya malik olmayan maddələrin əlinizdən gələn iyini diş məcunu vasitəsilə aradan qaldıra bilərsiniz.

2. Qançırların sağalmasını sürətləndirir.
Diş məcunu qançırların rəngini solğunlaşdırır, həmçinin soyuqdəyməni götürür.
Sadəcə olaraq, bir az diş məcununu sevdiyiniz bədən lasyonu ilə qatın və zədələnmiş hissəyə çəkin. Məlhəmin üstünü elastik bintlə bağlayın. Yaxşı olar ki, bunu yatmazdan əvvəl edəsiniz. Səhər siz nəticəni görəcəksiniz.

3. Xalçanı təmizləyir.
Diş məcunu xalçadakı bütün ləkələri təmizləmək imkanına malikdir. Məcunu ləkənin üstünə yaxın və diş fırçası ilə onu sürtün. Bir neçə dəqiqə saxlayın , sonra yuyun. Ləkə ya solğunlaşacaq, ya da tamamilə gedəcək. Lazım gələrsə proseduru ləkə tamamilə təmizlənənə qədər təkrarlayın.

4. Saça rəng qoyulduqda dəridə qalan ləkəni təmizləyir.
Bunu etməmişdən əvvəl məcunun sizdə allergiya yaratmadığına əmin olun.

5. Dırnaqları bərkidir.
Bu prosedur çox asandır. Hər bir dırnağınıza pasta şəkib 15 dəqiqə gözləyin, sonra nisbətən isti su ilə yuyun.

6. Telefondakı sıyrıntıları yox edir.
Təmiz, yumşaq parçanın üzərinə az miqdarda diş məcunu yaxın. Bununla səliqəli halda dairəvi hərəkətlə ekranın siyrinti olan hissəsini silin. Sonra nəm əski ilə artıq məcunu silin. Ekran təzə alınmış kimi olacaq.

7. Üzdəki qara nöqtələri aparır.
Bununçün diş məcununun içərisinə azça 3%-li hidrogen peroksid qatın və problem olan yerə çəkin.

Qeyd edək ki, diş məcununun bacardıqları yalnız bununla bitmir.

Qaziler.az




Diaspora