XİN sözçüsü “açdı sandığı, tökdü pambığı” - RƏSMİLƏR QEYRİ-RƏSMİ

XİN sözçüsü “açdı sandığı, tökdü pambığı” - RƏSMİLƏR QEYRİ-RƏSMİ backend

Rusiyanın RT kanalı Mariya Zaxarova ilə yeni xüsusi layihə hazırlayıb.

Jurnalist İlya Petrenko ilə birgə hazırlanmış “Diplomatiya LİVE “ adlanan layihədə Rusiya Federasiyasının XİN rəsmisi Zaxarova diplomatların qeyri-rəsmi şəraitdə mikrofonu söndükdə nələrin baş verdiyini danışır.

RT Zaxarova ilə Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ-ın dövlət katibi Con Kerrinin görüşündə qeyri-rəsmi olan, diqqətçəkən məqamlardan danışıb.

Mariya Zaxarova dövlətlərarası rəsmi görüşlərdə və ondan kənar kimin kiminlə danışdığından tutmuş nümayəndələrdən birinin nəyisə təsadüfən səhv etdiyində nələrin baş verdiyinə qədər bütün məsələlərə toxunub. Bəs danışıqların başlanmasına hazırlıq necə aparılır? Qonaqlar və “ev yiyəsi“ stol arxasında necə oturdulur? Ən nəhayət, diplomatların stolu necə qoyulur və orada hansı yeməklər təqdim olunur, menyüdə nələr olur? Bir sözlə, bağlı qapılar arxasında nələrin baş verdiyini XİN rəsmisi “açıb töküb“. O, hətta amerikalı diplomatların rəsmi görüşlər zamanı digər ölkənin bayrağı yanında şəkil çəkdirməklərinə də öz iradını bildirib.

Bu və ya bundan da maraqlı suallara siyasətçi Zaxarova həvəslə cavab verir.

Qaziler.az RT-yə istinadən bununla bağlı videogörüntüləri təqdim edir.

Qeyd edək ki, hazırlanmış verilişdə mikrofonla çox vaxt bəxti gətirməyən Kerrinin düşdüyü vəziyyət, elan olunan vaxtdan çox gec başlayan mətbuat konfransında saatına baxaraq jurnalistlərə: “Çox istərdim “sabahınız xeyir“ deyim, amma “axşamınız xeyir“ söyləməliyəm“ deyən gülməklə arası olmayan Lavrovun zarafatına qədər maraqlı görüntülər seçilib.

Diaspora