QAZİLER.AZ saytı National Geographic Rossiyaya istinadən bildirir ki, ABŞ alimləri “qarışqa burulğanı” deyilən fenomenin sirrini açıblar. Qarışqalar kordurlar: onlar qoxu və hissiyyatla davranırlar. Amma bu hisslər onları ölümə də apara bilər. Qida axtarışında qarışqa qoxu verən maddə - feromon ifraz edir. Digər qarışqalar da bu feromonun iyi ilə gedərək yemi əldə edirlər. Amma qarışqa yem axtarışında azanda elə özünün qoyduğu feromon izinə düşür və daha çox feromon ifraz edir. Bu feromonu hiss edib marşruta digər qarışqalar da qoşulur.
Qarışqaya elə gəlir ki, o, düzgün yol ilə gedir, nəticədə onlar bir-birinin feromon izi ilə dövrə vurmağa başlayır. Yeni qarışqalar da həmin marşruta qoşulub feromon ifraz edirlər. Beləliklə, qarışqaları yerində dövr eləməyə məcbur edən feromon “dumanı” yaranır. “Qarışqa burulğanında” dövr vurmaq o qədər uzanır ki, halsızlıqdan, “ayaq altında qalmaqdan” və bir-birinə qarşı güclənən aqressiyadan onlar kütləvi şəkildə ölürlər. Çox az qarışqa sağ qala bilir. Üstəlik də, “feromon dumanından” ağlını itirib, zombi kimi yerində dövr vuran qarışqalar digər həşəratlar, quş və heyvanlar üçün asan yem olurlar.Ən böyük “qarışqa burulğanını” səyyah Uilyam Bib 1921-ci ildə Qayanada müşahidə edib. “Burulğanın” diametri 365 metrə çatıb. “Burulğan” iki gün davam edib.
Məncə, ən yaxşısı, qarışqaları öldürmədən onların burulğanını dağıtmaq lazımdır (məsələn, üfürməklə). Çünki arılar məhv olsa, təbiət və insan 1-2 ilə məhv olar. Qarışqalar məhv olsa, təbiət və insan 5-6 ilə məhv olar.
Pərviz Qasımov QAZİLER.AZ üçün