Sinqapurda sosial şəbəkələrdən pul köçürmək mümkün olacaq

Sinqapurda sosial şəbəkələrdən pul köçürmək mümkün olacaq backend

Sinqapur bankları yaxın zamanlarda öz müştərilərinə maliyyə vəsaitlərini sosial şəbəkələrdəki akkauntları vasitəsilə köçürməyə icazə verə bilərlər.

İKT.lent.az “”Financial Times” qəzetinə istinadən xəbər verir ki, FAST sistemi ilə bankdaxili pul köçürmələrində istifadəçilərdən bank hesabı əvəzinə sosial şəbəkələrdəki şəxsi identifikasiya kodunu daxil etmək tələb olunacaq.

Gözlənilir ki, bu pilot layihəyə Sinqapur ərazisində 2017-ci ilin ilk yarısında start verilə bilər.
Diaspora