Holokost Muzeyindən “Pokemon” xəbərdarlığı

Holokost Muzeyindən “Pokemon” xəbərdarlığı backend

Vaşinqtondakı Holokost Muzeyi ziyarətçilərə müraciət edib. İKT.lent.az-ın xəbərinə görə, muzey rəhbərliyi ziyarətçilərdən muzeyin ərazisində öz smartfonlarında “Pokemon Go” oyunu oynamamağı xahiş edib. “Oyun nasizm qurbanlarının xatirəsi olan muzeyin ərazisində yersiz məşğuliyyətdir”, - deyə Holokost Muzeyinin təmsilçisi Endryu Hollinq bildirib. O deyib ki, hazırda muzey öz lokasiyasını bu oyundan necə silməyin yollarını axtarır.


Muzeyin yaxınlığında yerləşən məşhur Arlinqton hərbi məzarlığının idarəçiləri də anoloji müraciətlə çıxış ediblər

Qeyd edək ki, “Pokemon Go” son vaxtlar dünyada sürətlə populyarlıq qazanan online oyundur. Oyunun iştirakçıları yerləşdikləri ərazinin xəritəsi üzərində bir sıra interaktiv vəzifələr yerinə yetirməli, məsələn, əlində smartfonu tutaraq piyada keçidindən istifadə etməklə pokemonu yoldan keçirməlidir. Oyunun tərtibatçıları risklər barədə xəbərdarlıqla çıxış edib. Lakin artıq sosial şəbəkələr oyun iştirakçılarının yolda dirəyə çırpılması, yıxılması, hətta oyun aludəçiliyi üzündən işdən qovulması barədə xəbərlərlə doludur.
Diaspora